“Kiçik akademiya” üzvlərinin riyaziyyat fənni üzrə təqdimatı keçirilib

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin riyaziyyat fənni üzrə təqdimatı keçirilib. Şagirdlər fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzular üzrə araşdırmalarını təqdim ediblər. 11"B" sinif şagirdi Sayadlı Aydın “Riyaziyyat və real həyatda tətbiqi”, 8"C" sinif şagirdi Cəfərli Fərid "Faiz”, 8"B" sinif şagirdləri Xədicə Rzayeva , Tağıyeva Bağdad, Əliyeva İlahə “Pifaqor teoremi”və “Riyazi tətbiq sahələri” “Riyaziyyat elmlərin şahıdır”, 7"E" sinif şagirdi Dudarova Mariya “Bizim ətrafımızda kəsrlər” 10"ç" sinif şagirdləri Quluzadə Əmirxan “Tibdə riyaziyyat” , Atakişibəyli Leyla “Evklid və qeyri Evklid” həndəsəsi” mövzularında təqdimatlar ediblər. Tədbirdə iştirak edən direktor müavini Nazimə Zeynalova şagirdlərə öz tövsiyələrini verib. “Kiçik akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi