Kiçik Akademiyanın üzvləri “Qiraətçi “ verilişində iştirak ediblər

Uşaqların, yetişməkdə olan gənc nəslin inkişafında şəxsi mütaliə mühüm yer tutur. Onlar mütaliyə vasitəsilə müxtəlif biliklərə, vətənpərvərlik duyğularına vətən, ana, torpağı sevmək hislərinə yiyələnirlər. Bir sözlə uşaqların şəxsiyyət kimi yetişməsində mütaliənin rolu əvəzsizdir. Məktəbimizdə hər tədris ilinin əvvəlində müəllimlərimiz tərəfindən şagirdlərə onların yaş səviyyəsinə, marağına uyğun əlavə oxu materiallarının siyahısı verilir. Şagirdlərə ilk növbədə oxuduqları bədii nümunələrin mövzusunu, ideyasını müəyyənləşdirmək, hekayənin xəritəsini tərtib etmək, obrazların başlıca xüsusiyyətlərini göstərmək, müəllifin obrazlara münasibətini, eyni zamanda fəal oxucu kimi özlərinin münasibət bildirməkləri tapşırılır. Məktəbin 8b sinif şagirdləri Təhsil Nazirliyinin mütaliə ilə bağlı “Qiraətçi“ layihəsində iştirak ediblər. Jurnalist Gülnar İlhamın təşkil etdiyi “Qiraətçi” verilişində şagirdlər dahi şair Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasından hekayətləri təhlil edib, hekayətlərdəki obrazlara öz münasibətlərini bildiriblər. Şagirdlərin mütaliə bacarıqlarının inkişafı ilə bağlı keçirilən bu verilişdə ədəbiyyatşünas Seyfəddin Hüseynli də iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi