Kiçik Akademiya üzvlərinin təqdimatı keçirilib

  Məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvlərinin növbəti təqdimatı olub.Humanitar fənlər bölməsinə daxil olan ədəbiyyatçılar təqdimatlarını Qarabağın söz ustadları  - M.P.Vaqif, X.Natəvan, Q.Zakir yaradıcılığına həsr ediblər. Şagirdlər müəllimlərinin əvvəlcədən müəyyənləşdirdiyi mövzular üzrə kiçik elmi araşdırmalarını təqdim ediblər.Təqdimatlar zamanı şagirdlər bildirdilər ki, cənnət Qarabağın üzüyünün qaşı olan Şuşa mədəniyyət tariximizdə  təkcə səs xəzinəsi kimi deyil, həm də qiymətli söz inciləri beşiyi kimi tanınıb.Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova şagirdlərə elmi araşdırmalarında uğurlar arzulayıb. Ulu öndər H.Əliyevin   sözlərini  təqimatda iştira edənlərin diqqətinə  çatdırıb.” Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.” Məktəbin təlim-tərbiyə işləri  üzrə direktor müavini Nazimə Zeynalova şagirdlərə öz tövsiyələrini verib.Bu araşdırmaların onların gələcək təhsil həyatında böyük uğurlara imza atmalarına   motivasiya olduğunu bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi