“Kiçik Akademiya”nın fənlər üzrə təqdimatı keçirilib.

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatı keçirildi. Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova, direktor müavinləri Nazimə Zeynalova, Yeganə Mehdiyeva və fənn müəllimləri iştirak etdilər. Məktəbin direktoru Kəmalə Qədirova “Kiçik Akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış etdi. Təqdimat iştirakçılarına “Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışdı. “Kiçik Akademiya”-nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirdi. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova “Kiçik Akademiya” üzvlərinin, fənn müəllimlərinin köməyi ilə araşdırdıqları mövzuları iştirakçılara təqdim etdi. Şagirdlərin təqdimatından sonra məktəbin direktoru Kəmalə Qədirova, direktor müavini Nazimə Zeynalova şagirdlərə kiçik elmi axtarışlarında müvəfəqiyyətlər arzuladılar. Onlara öz tövsiyələrini verdilər. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova şagirdlərə gələcəkdə elmi axtarışlar apararkən fənn müəllimləri ilə mövzuları müəyyənləşdirməyi tapşırdı. Kiçik elmi akademiyanın növbəti təqdimat vaxtı şagirdlərə elan olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi