“KİÇİK AKADEMİYA”NIN AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT, BİOLOGİYA FƏNLƏRİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİB

Məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 2018/2019- cu tədris ilinin II yarımilində ilk təqdimatı keçirilib.Təqdimatda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak ediblər. Bu müzakirədə Azərbaycan dili, ədəbiyyat və biologiya fənləri üzrə elmi iş yazmış şagirdlərin təqdimatı dinlənilib. Ədəbiyyat üzrə VII və IX sinif sinif şagirdlərinin "Mikayıl Müşfiqin həyat və yaradıcılığı" mövzusunda yazdıqları təqdimatlar dinlənilib. Sonra müzakirələr başlayıb. "Kiçik Akademiya" nın üzvləri suallarla müraciət ediblər. Təqdimatçılar verilən sualları cavablandırıblar. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Kəmalə Qədirova və direktor müavini Nazimə Zeynalova şagirdlərə kiçik elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi