“ KİÇİK AKADEMİYA” ÜZVLƏRININ NÖVBƏTI TƏQDIMATI KEÇİRİLİB Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz. ( Nizami Gəncəvi)

Məktəbdə "Kiçik Akademiya" fəaliyyət göstərir. Bu yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. "Kiçik Akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfrans və seminarlar keçirilir. Məktəbin direktoru Kəmalə Qədirova "Kiçik Akademiya"nın fəaliyyətinə diqqət yetirir. Onların keçirdiyi konfranslarda iştirak edir. Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən VII-XI sinif şagirdləri iştirak edirlər . Şagirdlər Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fizika , ingilis dili, tarix fənləri üzrə qruplarda fəaliyyət göstərirlər. Müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və hesabatlar hazırlayırlar. "Kiçik Akademiya" üzvləri tez- tez «Dəyirmi masa»lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparır, məktəb kitabxanasına Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına gedirlər. Şagirdlərə bu işdə dəstək olan məktəbin tədris işləri üzrə direktor müavini Nazimə Zeynalova və "Kiçik Akademiya" rəhbərlik edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova bu birliyin elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaqda , mövcud yaradıcı potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdə mühüm rol oynayacaqlarına ümid edirlər . "Kiçik Akademiya" üzvlərindən Azərbaycan dili və ədəbiyyat qrupunda fəaliyyət göstərən Rəşidli Zeynal, Qarayeva Aysel qəbul imtahanlarında yüksək nəticələr əldə etmişlər. Ulu öndər Heydər Əliyevin təbirincə demiş olsaq, "Gələcək bilikli, elmli insanların çiyinlərində qurulacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi