“Kiçik Akademiya”nın “Poeziya dünyasının dahisi “adlı təqdimatı keçirilib

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin növbəti təqdimatı dünya ədəbiyyatı xəzinəsinə çox böyük töhfələr bəxş etmiş ,poeziya dünyasının dahisi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmişdir. “Kiçik Akademiya” üzvləri “Poeziya dünyasının dahisi” adlı təqdimatlarla çıxış ediblər.Təqdimatlarda bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami Gəncəvi yaradıcılığının xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrildiyini, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyətinin həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlı olduğunu, şairin ömrü boyu burada yaşayıb yaratdığını, və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etdiyini bildiriblər. Şagirdlər mütəfəkkir şairin məşhur “Xəmsə”sinin insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi