Məktəbdə “Kiçik Akademiyanın riyaziyyatçılarının təqdimatı olub

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təqdimatı keçirilib. Təqdimatda Slavyan Universitetinin riyaziyyat və informatika kafedrasının müdiri Ramazan Eyyubov, məktəbin direktoru, direktor müavinləri və riyaziyyat müəllimləri iştirak ediblər. Məktəbin direktoru “Kiçik Akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış edib. Təqdimat iştirakçılarına "Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışıb. Yaradıcılıq və elmi- tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib. Şagirdlərdən 9”B” sinif şagirdi Cavid Həsənzadə, 10”Ç” sinif şagirdi Baxışov İlham, 8”B” sinif şagirdi Rəhimov Rəsul,10”E” sinif şagirdi Qulamova İlayda, 9”Ç” sinif şagirdi Atakişiyeva Leyla, 8”A” sinif şagirdi Əliyeva Aysel, 8”A” sinif şagirdi Tağızadə Fidan fənn müəllimləri tərəfindən müəyyən olunmuş mövzular üzrə araşdırmalarını təqdim ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi