Məktəbdə “Kiçik Akademiya “üzvlərinin iclası keçirilib
Məktəbin direktoru metodbirləşmə rəhbərləri və fənn müəllimlərini məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış edib.10”B” sinif şagirdi Sayadlı Aydının Nəsimi rayonu üzrə “Kiçik Akademiya” ların tədbirində təqdimatla çıxış etdiyini bildirib. İclasda eyni zamanda "Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışılıb.Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib. "Kiçik Akademiya" üzvlərinin fənn müəllimlərinin köməyi ilə araşdırıqları mözular barədə danışılıb. Müəllimlərə tapşırılıb ki, yaradıcılığa meyli olan şagirdlər”Kiçik Akademiya” ya cəlb olunsun, şagirdlərin tədqiqatçılıq bacarığı inkişaf etdirilsin.