Biologiya fənni üzrə təqdimat keçirilib
Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin biologiya fənni üzrə təqdimatı keçirilib. 9"A" sinif şagirdləri Quluzadə Mehdi, Qurbanov Cavid ”Hemofiliya” mövzusunda, 9"Ç" sinif şagirdi Quluzadə Əmirxan “İnfeksion xəstəliklər”mövzusunda, 9"B" sinif şagirdləri Əzimzadə Hümeyra, Əsgərova Şahnigar “Hemofiliya" mövzusunda, 8"Ç"sinif şagirdi Məmmədov Murad “İnsulin” mövzusunda təqdimat ediblər. Şagirdlər araşdırmalarında müəllimlərindən dəstək aldıqlarını qeyd ediblər. Təqdimatda məktəbin müdiriyyəti, fənn müəllimləri iştirak ediblər.