2017-2018 –CI TƏDRIS ILINDƏ "KİÇİK AKADEMİYA"NIN İLK TƏQDİMATI KEÇİRİLİB

Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin təqdimatı keçirilib. Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova, direktor müavini Nazimə Zeynalova və fənn müəllimləri iştirak ediblər. Məktəbin direktoru Kəmalə Qədirova “Kiçik akademiya” üzvlərini "Kiçik Akademiya" haqqında əsasnamə ilə tanış edib. Təqdimat iştirakçılarına "Kiçik Akademiya”-nın məqsəd və vəzifələri haqqında danışıb. Yaradıcılıq və elmi- tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olduğunu bildirib. Kiçik Akademiyaya rəhbərlik edən Təranə Bağırova "Kiçik Akademiya" üzvlərinin fənn müəllimlərinin köməyi ilə araşdırıqları mövzuları iştirakçılara təqdim edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi