Məktəbimizdə "Kiçik Akademiya" yaradılıb

E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 20.02.2013 tarixindən fəaliyyət göstərir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq."Kiçik akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 20.02.2013 tarixindən fəaliyyət göstərir . Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən şagirdlər iştirak edirlər. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar.Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində işlər aparılır."Kiçik Akademiya" üzvləri ilə tez- tez «Dəyirmi masa»lar keçirilir, onların araşdırmalarna istiqamət verilir. ` Ulu öndərimiz Heydər Əliyev demişdir "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq və ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır". Ulu öndərimizin bu hikmətli kəlamında qeyd etdiyi kimi təhsil bizim üçün önəmlidir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq."Kiçik Akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradılir. Şagirdlərlə daim ünsiyyətdə olunur , onları düşündürən məsələlərlə bağlı söhbət aparılır.”Kiçik Akademiya” nın üzvləri Şəmsiyyə Əhmədova Ulu öndərimizə həsr edilən inşa müsabiqəsində şəhər turunda I yerə layiq görülüb.İsgəndərli Aytac, Musayeva Nəzrin, Məcidli Mətin ,Əhmədova Validə , Tağıyeva Ülkər Həsənova Nərgiz yaradıcı şagirdlər kimi fərqlənirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi