Kiçik Akademiya

Kiçik Akademiyanın üzvləri öz araşdırmalarını təqdim etdilər   Bu gün məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın coğrafiya kafedrasının fəalları, fənn müəllimi Məlahət Dadaşovanın  rəhbərliyi altında apardıqları araşdırmalarla müəllim və şagirdlər qarşısında çıxış etdilər. 9"E" sinif şagirdi Əsədli Çiçəyin "Tullantısız həyat" mövzusunda olan təqdimatı xüsusilə maraqla qarşılandı. İstedadlı şagirdlərimizə gələcək elmi işlərində uğurlar arzu edirik.

Ətraflı

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI” BAĞLI “DƏYİRMİ MASA” KEÇİRİLDİ.KA üzvləri olan 8 və 9-cu sinif şagirdləri ilə “Heydər Əliyev” ili çərçivəsində məktəbin kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” bağlı “dəyirmi masa” keçirildi. Şagirdlərə Ulu Öndərin keçdiyi həyat yolu ilə bağlı məktəb kitabxanasından kitablarla tanış olub, məlumat əldə etdilər.

Ətraflı

Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudurMəktəbimizin 9a sinif şagirdləri tarix müəllimi Yusifova Səbinənin rəhbərliyi altında “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda araşdırmalar apararaq, maraqlı təqdimatlar hazırladılar. Təqdimatlar müəllim və şagirdlər tərəfindən bəyənildi.

Ətraflı

FƏRQLƏNƏN MƏZUNLARIMIZ2022-2023-cü tədris ilini də yüksək nəticələrlə başa vurduq. Belə ki, ümumi orta və tam orta təhsili başa vuran 18 şagirdimiz məktəbimizi əla qiymətlərlə bitirdilər. Bu şagirdlər KA fəal üzvləridir. Onlardan 11A sinif şagirdi Əlizadə Nihad Vüqar oğlu qızıl medala, qalan 17 nəfəri isə fərqlənmə attestatına layiq görüldülər: Əlizadə Mənsumə German qızı – 11A sinfi Pənahov İsgəndər İlham oğlu – 11A sinfi Quluzadə Xədicə Mirzə qızı – 11A sinfi Seyidli Adil Azər oğlu – 11A sinfi Yəhyazadə Nazim Arif oğlu – 11A sinfi Şükürlü Elgün Ərəstun oğlu – 11B sinfi Vəliyev Məhərrəm Bilman oğlu – 11Ç sinfi Tanarverdiyeva Çinarə Zülfüqar – 11D sinfi Məmmədova Əsmər İlqar qızı – 9A sinfi Osmanlı Yusif Cavid oğlu - 9A sinfi Abdullayev Firuz Kamal – 9Ç sinfi Ocaqlı Toğrul Emil – 9Ç sinfi İsmayılov İsmayıl Rəşad – 9e sinfi Qasımlı Kamran Vüsal oğlu – 9e sinfi Taĝızadə Aysu Qurban qızı – 9e sinfi Həbibov İsmayıl Fuad oğlu – 9d sinfi Namazov Uğur Səhəddin oğlu - 9d sinfi Bu münasibətlə şagirdlərimizi və onların uğurlarında rolu olan müəllimlərimizi ürəkdən təbrik edirik. İstdadlı şagirdlərimizə daha böyük uğurlara imza atmalarini arzu edirik!

Ətraflı

“KIÇIK AKADEMIYA TƏQDIMATLARI” ADLI RAYON KONFRANSIBakı şəhər Nəsimi rayonu 54 nömrəli tam orta məktəbdə Kiçik Akademiya təqdimatları” adlı rayon konfransı keçirildi. Konfransda məktəb rəhbərliyi,, “ Kiçik Akademiya” rəhbərləri, istedadlı şagirdlər iştirak edirdilər. Tədbir şagirdlərin bir- birindən maraqlı çıxışları ilə yadda qaldı. Səsvermə nəticəsində 6 məktəbin ( 1 , 42, 44, 54, 240, THL) işi seçildi . Sevindirici haldır ki, məktəbimiz də qalıb gələnlər sırasındadır. Məktəbimizi 9 “A” sinif şagirdi Əliyev Muhəmmədəli “Sky Explore” layihəsi ilə təmsil edirdi. Onun layihəsi iştirakçılar tərəfindən maraqla qarşılandı. İstedadlı şagirdimizə gələcək işlərində də uğurlar arzu edirik!

Ətraflı

RFO-NUN RESPUBLİKA MƏRHƏLƏSİNİN YARIMFİNAL TURUNUN NƏTİCƏLƏRİ ELAN EDİLDİ25 fevral 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Şagirdlərin nəticələri www.portal.edu.az saytındakı şəxsi kabinetlərinə və təhsil aldıqları ümumtəhsil müəssisələrinə göndərilmişdir. Sevindirici haldır ki, məktəbimizin 11a sinif şagirdləri Əlizadə Nihad Vüqar oğlu və Məmmədova Səyyarə Vüsal qızı da yüksək nəticələrlə Respublika mərhələsinin Final turuna vəsiqə almışlar. Bu şagirdlər həm də KA fəal üzvləridirlər. Qalib şagirdlərimizi və onların müəllimlərini ürəkdən təbrik edirik. Final turunda onlara uğurlar arzu edirik!

Ətraflı

Şagirdimizə Kubok və Sertifikat təqdim olundu.Bildiyimiz kimi dekabrın 5-dən 9-dək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilmişdir. Festivalda məktəbimizin 9a sinif şagirdi Əliyev Muhəmmədəli Ramin oğlu rəhbərlik etdiyi “Sumur” komandasının tərkibində İnnovativ Sərgi Kateqoriyası üzrə iştirak etmişdir. Onlar sudakı tullantıları təmizləyən və Loqa texnologiyası əsasında hazırlanmış Robot maşın nümayiş etdirmişlər. Komanda 1-ci yerin qalibi olmuşdur. Yaxın günlərdə Məhəmmədəliyə kubok və sertifikat təqdim olunmuşdur. Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın da fəal üzvü olan Muhəmmədəlini bir daha təbrik edirik, ona növbəti layihələrində uğurlar arzu edirik.

Ətraflı

Ekoloji problemlərBu gün Kiçik Akademiyanın növbəti yığıncağında 11b sinif şagirdi Əhmədzadə Atam-Mehman Xaliq oğlunun "Ekoloji problemlər" mövzusunda təqdimatı keçirildi. Onun ekoloji problemlər və onun aradan qaldırılması yolları barədə araşdırmaları iştirakçılar tərəfindən maraqla qarşılandı. Əhmədzadə Atam-Mehman bu layihə ilə "Sabahın alimləri" Respublika müsabiqəsinə də qatılmışdır. İstedadlı şagirdimizə uğurlar arzulayırıq.

Ətraflı

Şuşa Azərbaycandır!Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşa şəhərinin təməlini qoyub və 2022-ci ildə Şuşanın 270 illiyini qeyd edirik. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bu il “Şuşa ili” elan olunub. Bu gün Kiçik Akademiyanın tarix kafedrasının fəal üzvü olan 8a sinif şagirdi Məhərrəmli Nərminin “Şuşa ili” ilə əlaqədar ”Şuşa-Azərbaycandır” adlı təqdimatı keçirildi. Şagirdimizin təqdimatını Azərbaycan, rus və ingilis dilində hazırlaması xüsusi diqqət çəkdi. Həmşinin digər fəal şagirdlərimiz A.Nuray, B.Xatun,M.Nuray, Ə.Firuddin Şuşanın azad olunması ilə bağlı tarixi faktlar və maraqlı məlumatlar verdilər.Tədbir tarix müəlliməsi S.Yusifova: “Şuşanın azad olunması-son 30 ilin ən gözəl qələbə xəbəridir. Bu möhtəşəm tarixi qələbəni bizə yaşadan Ali Baş Komandana təşəkkür edir, Şuşa uğrunda canından keçən igid əsgərlərimizin qarşısında baş əyirik. Tarixi Qarabağımızın tarixi paytaxtı olan Şuşa qələbəsi həmçinin bir xalq olaraq birliyimizin, həmrəyliyimizin qələbəsidir!” deyərək yekunlaşdırdı.

Ətraflı

STEAM Azərbaycan Festivalı 2022-nin qalibiDekabrın 5-dən 9-dək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilmişdir. SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlar həm xarici ölkə, həm də yerli iştirakçılardır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Festivalda məktəbimizin 9a sinif şagirdi Əliyev Muhəmmədəli Ramin oğlu rəhbərlik etdiyi “Sumur” komandasının tərkibində İnnovativ Sərgi Kateqoriyası üzrə iştirak etmişdir. Onlar sudakı tullantıları təmizləyən və Loqa texnologiyası əsasında hazırlanmış Robot maşın nümayiş etdirmişlər. Həm manual, həm də süni intellektlə işləyən və 5 km məsafəyə qədər idarə oluna bilən Robot maşın münsiflərin marağına səbəb olmuşdur. Komanda 1-ci yerin qalibi olmuşdur, onlara kubok və hədiyyələr təqdim olunmuşdur. Əliyev Muhəmmədəli həm də məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəal üzvüdür. O, hazırladığı “Nizami Proqramlaşdırma dili” layihəsi ilə "Sabahın alimləri" XII Respublika Müsabiqəsinə də qatılmışdır. İstedadlı şagirdimizə uğurlarının davamlı olmasını arzu edirik!

Ətraflı

RESPUBLIKA FƏNN OLIMPIADALARI QALIBLƏRININ MÜKAFATLANDIRILMASI MƏRASIMIİyunun 30-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Şagirdlərimizin beynəlxalq olimpiada nəticələrinin ildən-ilə yaxşılaşdığını diqqətə çatdıran Emin Əmrullayev deyib ki, Azərbaycanın bütün beynəlxalq olimpiadalarda göstərilən nəticələrə əsasən tutduğu yerlər yüksək qiymətləndirilməlidir və hər olimpiadadan medalla geri dönüş sevindirici bir haldır. İşğaldan azad edilmiş ərazilərimizdə məktəblilərimiz üçün olimpiadalara hazırlıq mərkəzlərinin, laboratoriyaların yaradılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri olimpiadanın coğrafiyasının genişləndirilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi"nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim edilib. Bildirilib ki, olimpiadaların nəticələrinə əsasən, 186 şagird bürünc, 139 şagird gümüş, 72 şagird isə qızıl medal qazanıb. Məktəbimizin 10"A" sinif şagirdi Nihad Əlizadə təltif olunanlar arasındadır. O, Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə Respublika mərhələsinin final turunda qalib gəlib bürünc medal qazandığına görə medal və hədiyyə ilə təltif olunmuşdur. Qeyd edək ki, Əlizadə Nihad KA vitse prezidentlərindən biridir.

Ətraflı

Kiçik Akademiyanın görüşüGünümüzün çox aktual sahələrindən biri olan proqramlaşdırma və ya proqram təminatı kompyüteri yönləndirən, kompyüterin işini idarə edən əmrlər, məntiq və hesab əməliyyatlarıdır. Bu gün Kiçik Akademiyanın üzvü, 8”A” sinif şagirdi Əliyev Məhəmmədəlinin məktəbimizin informatika müəllimləri qarşısında nümayiş etdirdiyi təqdimatı bu mövzuda idi. O öz komandası ilə yaratdığı “Nizami proqramlaşdırma dili” layihəsi ilə müxtəlif yarışmalarda qalib gəlmişdir. Şagirdimizə uğurlarinin davamlı olmasını arzulayırıq.

Ətraflı

“ŞUŞA İLİ” İLƏ BAĞLI NÖVBƏTİ TƏDBİR“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli sərəncamına müvafiq olaraq məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Bu gün də məktəbimizin tarix müəllimlərinin iştirakı ilə keçirilən görüşdə Kiçik Akademiyanın fəal üzvlərindən olan 10A sinif şagirdi Vəlizadə Ömər “Qarabağ Azərbaycandır” mövzusu ilə çıxış etdi. Onun milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən mədəniyyət mərkəzimiz Şuşanın zəngin tarixinə, mədəni irsinə, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının qəhrəmanlıqlarına aid araşdırmaları görüş iştirakçıları tərəfindən maraqla qarşılandı.

Ətraflı

ƏLIZADƏ NIHAD RESPUBLİKA FƏNN OLİMPİADASININ FINAL TURUNUN QALIBI OLMUŞDURMəktəbimiz növbəti uğura imza atdı. 10”A” sinif şagirdi Əlizadə Nihad Vüqar oğlu Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə respublika mərhələsinin final turunda qalib gəlmiş və bürünc medala layiq görülmüşdür. Bu, istedadlı şagirdimizin ilk qələbəsi deyil. Belə ki, Nihad 6-cı sinifdə riyaziyyat fənn olimpidasının və 7-ci sinifdə “Lütfi Zadə adına III məntiq olimpiadası”nın respublika mərhələlərinin qalibi olaraq medal və hədiyyələrlə təltif olunmuşdur. Kiçik Akademiyanın vitse prezidenti olan Nihad həm də dərs əlaçısıdır, müəllimlərin sevimlisidir, onu ürəkdən təbrik edirik, daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, o gələcəkdə çox sevdiyi həkimlik peşəsinin zirvəsinə yüksələrək, xalqımıza layiqincə xidmət edəcək. Pedaqoji kollektivimizi təbrik edir və Nihadın qalibiyyət qazanmasında zəhməti olan müəllimlərimizə təşəkkür edirik.

Ətraflı

HÜSEYNZADƏ SELCANIN MƏQALƏSİ FRANSA MEDİASINDA YAYIMLANDIMəktəbimizin istedadlı şagirdlərindən biri də 11"B" sinfində oxuyan Hüseynzadə Selcan Ceyhun qızıdır. Kiçik Akademiyanın fəal üzvü olan Selcanın müxtəlif aktual mövzularda yazdığı məqalələr vaxtaşırı beynəlxalq mediada dərc edilir. Bu dəfə də Selcan çox maraqlı bir mövzu ilə Fransada onlayn yayımlanan "Le journal des jeunes" qəzetində çıxış etmişdir. Qəzetin jurnalistləri müxtəlif ölkələrdən fərqli maraqlara sahib gənclərdir. Bu gənclərin demək olar ki hamısı Avropa Gənclər Parlamentinin üzvüdür və əsas oxucu kütləsini də bu gənclər təşkil edir. Selcanın millətlər dostluğu və sülh üçün dünya turuna çıxan 2 qadın haqqında yazdığı “Pippa Bacca” məqaləsi də oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Selcan həm də dərs əlaçısıdır. Buraxılış imtahanında 290 bal toplayaraq gözəl nəticə göstərmişdir. İstedadlı şagirdimizə qəbul imtahanının 2-ci mərhələsində də müvəffəqiyyət qazanmasını və çox sevdiyi Tibb Universitetinə daxil olmasını arzulayırıq. https://lejournaldesjeunes8.wixsite.com/lesjournaldesjeunes/post/pippa-bacca https://www.instagram.com/p/CbwgzlfMxtd/?utm_medium=share_sheet

Ətraflı

MƏKTƏBİMİZİN FƏXRİ ŞAGİRDLƏRİMəktəbimizin bir qrup yuxarı sinif şagirdləri 27.02.2022-ci il tarixində Bakı şəhərində keçirilən Respublika Fənn Olimpiadalarının yarımfinal turunda uğurla iştirak edərək, yüksək nəticələr göstərmişlər. Onları təqdim edirik: • Ələsgərova Fidan Şaiq qızı, 11a sinfi – Azərbaycan dili fənni, müəllimi Sadıqova Cəmalə • Abdullazadə Nəzrin Əbülfət qızı, 11a sinfi – Azərbaycan dili fənni, müəllimi Sadıqova Cəmalə • Abduləzizov Əli Habil oğlu, 11a sinfi – Tarix fənni, müəllimi Vəliyev Mənsur • Hüseynzadə Selcan Ceyhun qızı, 11b sinfi – Biologiya fənni, müəllimi Quliyeva Gülnarə • Əlizadə Nihad Vüqar oğlu, 10a sinfi – Riyaziyyat fənni, müəllimi Məmmədov Kamran • Yəhyazadə Nazim Arif oğlu, 10a sinfi – Riyaziyyat fənni, müəllimi Məmmədov Kamran • Əlizadə Mənsumə German qızı, 10a sinfi – Azərbaycan dili fənni, müəllimi Sadıqova Cəmalə • Həsənli Turab Cəmaləddin oğlu, 8e sinfi – İnformatika fənni, müəllimi Musayeva Nərminə. Şagirdlərimizdən biri 10a sinif şagirdi Əlizadə Nihad Vüqar oğlu daha çox bal toplayaraq Respublika Fənn Olimpiadalarının final turunda iştirak etmək hüququ qazanmışdır. İstedadlı şagirdlərimizi bu mərhələdə də uğurlu iştirak etdiklərinə görə təbrik edirik. Nihada isə final turunda müvəffəqiyyət arzulayiriq! https://drive.google.com/file/d/1II3Jk5CSS0xgEyKaWSIRGRx5WnFE2cTs/view

Ətraflı

KİÇİK AKADEMİYADA TƏDBİR14 mart 2022-ci il tarixində “Kiçik Akademiya”nın növbəti görüşü keçirildi.Bu dəfəki görüş 8-ci sinif “Coğrafiya”dərsliyinin müəlliflərindən biri,coğrafiya elmləri namizədi Qabil Səmədov şagirdlərimizin görüşünə gəldi.Müəllif şagirdləri maraqlandıran sualları cavablandırdı və coğrafiya dərsliklərinin,vəsaitlərinin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışdı.Tədbirdə həmçinin məktəbimizin coğrafiya müəllimləri Nazilə Namazova,Məlahət Dadaşova və Dürdanə Məmmədova iştirak edirdi.

Ətraflı

KİMYADAN VİKTORİNA KEÇİRİLDİKiçik Akademiyanın növbəti tədbiri kimya fənninə həsr olumuş viktorina oldu. 7-ci siniflərin komandaları arasında təşkil olunmuş yarışa şagirdlər çox böyük həvəslə hazırlaşmışdılar. Məktəbimizin kimya-biologiya müəllimi Quliyeva Gülnarənin təşkilatçılığı ilə keçirilən viktorinada şagirdlər qaydalara uyğun olaraq sualları sürətli və düzgün cavablandırmağa çalışırdılar. Həm tədbirin əsas vaxtında, həm də əlavə verilən vaxtda eyni bal topladıqlarına görə 7”B” və 7”C” sinfinin komandaları hər ikisi qalib oldular. Münsiflər heyəti kimya müəllimlərimiz Amanı Fəxriyə və Abbasova Leyla sonda yarışmada fərqlənən şagirdləri təbrik etdilər, qalib komandalar fəxri fərmanla təltif olundu.

Ətraflı

ƏRAZİDƏ TİKİLƏCƏK UŞAQ ƏYLƏNCƏ PARKI ÜÇÜN MÜSABİQƏMəktəbimizdə 8-ci sinif şagirdləri arasında coğrafiya müəllimi Dadaşova Məlahətin rəhbərliyilə “Ərazidə tikiləcək Uşaq Əyləncə Parkı üçün müsabiqə” keçirilmişdir. Müsabiqəyə təqdim olunan layihələr içərisində 8"C" sinif şagirdi İsazadə Hüseyn 8"E" sinif şagirdi Tağızadə Aysunun hazırladıqları Uşaq Əyləncə Parkının maketləri daha çox bəyənildi. Şagirdlərimiz öz əl işlərini "Kiçik Akademiya"da nümayiş etdirdilər.

Ətraflı

Kiçik Akademiyanın fəalları növbəti araşdırmalarını təqdim etdilərSon 2 ildə bütün dünyada baş verən pandemiya, yaşanan sosial və iqtisadi çətinliklər insanların səhhətində ciddi problemlər yaratdı. Əsasən sinir sistemində yaranan fəsadlar tibb sahəsinə meyli olan şagirdlərimizin də diqqətini cəlb etmişdir. 8e sinif şagirdləri İsmayılov İsmayıl “Parkinson xəstəliyi”, Ələsgərli Əlicabbar isə “İflic xəstəliyi” barəsində maraqlı araşdırmalarını Kiçik Akademiyanın fəalları qarşısında təqdim etdilər. Şagirdlərimizə işlərinin davamlı olmasını arzu edirik.

Ətraflı

Şagirdlərimiz olimpiadada qalib oldularMəktəbimizin yuxarı sinif şagirdləri Respublika Fənn Olimpiadalarının 2021-2022-ci il rayon (şəhər) mərhələsində yüksək nəticələr qazanaraq, Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışlar. 1. Ələsgərova Fidan Şaiq qızı, 11a sinfi – Azərbaycan dili fənni, müəllimi Sadıqova Cəmalə 2. Abdullazadə Nəzrin Əbülfət qızı, 11a sinfi – Azərbaycan dili fənni, müəllimi Sadıqova Cəmalə 3. Abduləzizov Əli Habil oğlu, 11a sinfi – Tarix fənni, müəllimi Vəliyev Mənsur 4. Hüseynzadə Selcan Ceyhun qızı, 11b sinfi – Biologiya fənni, müəllimi Quliyeva Gülnarə 5. Əlizadə Nihad Vüqar oğlu, 10a sinfi – Riyaziyyat fənni, müəllimi Məmmədov Kamran 6. Yəhyazadə Nazim Arif oğlu, 10a sinfi – Riyaziyyat fənni, müəllimi Məmmədov Kamran 7. Əlizadə Mənsumə German qızı, 10a sinfi – Azərbaycan dili fənni, müəllimi Sadıqova Cəmalə 8. Həsənli Turab Cəmaləddin oğlu, 8e sinfi – İnformatika fənni, müəllimi Musayeva Nərminə. Şagirdlərimizi təbrik edirik və onlara uğurlar arzulayırıq!

Ətraflı

Kiçik Akademiyanın növbəti görüşüFevralın 3-də Kiçik Akademiyanın növbəti görüşü keçirildi. Bu dəfə 11-ci sinif şagirdləri öz maraqlı araşdırmaları ilə çıxış etdilər. Hüseynzadə Selcan “Yarasaların infeksion xəstəlikləri yayması sirri” mövzusunda, Qurbanova Qənirə “Hemofiliya” mövzusunda, Əhmədov Elşad  “Həzm orqanları xəstəlikləri” mövzusunda, Fərəməzova Naidə “Görmə orqanının qüsurları” mövzusunda çıxış etdilər. Onu da qeyd edək ki, Hüseynzadə Selcanın bu məqaləsi beynəlxalq mediada çox maraqla qarşılanmış və Fransanın “Le journal des jounes” qəzetində yayımlanmışdır. https://seljanhuseynzade.medium.com/what-is-the-secret-behind-bats-de1f8c7544ee Onlayn formada təşkil olunmuş bu görüşdə məktəbimizin fəxri  məzunu hazırda ABŞ-nin Texas ştatı Houston şəhərində Houston Methodist Elmi Araşdırma Mərkəzinin Nanotibb şöbəsinin elmi işçisi, tibb elmləri üzrə fəlsəfə doktoru Aygül Sadıqova da iştirak edirdi. Sadıqova Aygül məktəbimizi 2008-ci ildə bitirib.Bu illər ərzində həmişə ona doğma olan məktəbimizlə sıx əlaqə saxlayıb. Bütün qazandıqlarında məktəbdə ona verilən biliklərin əvəzsiz olduğunu həmişə söyləyən məzunlarımızdandır. Bu gün də onun məktəbimizin tədbirlərində iştirak etməsi, şagirdlərimizin uğurları ilə yaxından maraqlanması çox qürurvericidir. Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın rəhbəri Gülnarə müəllimənin təşkilatçılığı ilə keçirilən bu görüşdə tibb sahəsində elmi araşdırmalar aparan istedadlı şagirdlərimizə məhz məktəbimizin məzununun tövsiyələr verməsi çox təqdirəlayiqdir və şagirdlərimizə böyük stimul verdi. Sonda görüş iştirakçıları şagirdlərimizə uğurlar arzuladılar.

Ətraflı

Yeniyetmələrin psixologiyasıKiçik Akademiyanın növbəti yığıncağında məktəbimizin 9c sinif şagirdi İlayda Abusətdar “Yeniyetmələrin psixologiyası” mövzusunda təqdimatla çıxış etdi. KA-nın fəal üzvü olan İlaydanın müxtəlif yaş dövrlərində şagirdlərin psixologiyasında baş verən dəyişikliklər, yaranan problemlərin səbəb və nəticələri, aradan qaldırılması yolları barədə maraqlı araşdırmaları müəllim və şagirdlər tərəfindən bəyənilərək dinlənildi.

Ətraflı

Kiçik Akademiyanın fəalları təltif olunduMəktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiya cari tədris ili üçün öz işinə yekun vurdu. Müxtəlif elm sahələrində araşdırmalar aparan və daha maraqlı təqdimatları ilə fərqlənən şagirdlər təltif olundu. 1. Ələkbərli Abdullah Famil oğlu – “Atom elektrik stansiyası” layihəsinə görə 2. Pənahov İsgəndər İlham oğlu – “Qlobal istiləşmə” layihəsinə görə 3. Abbaszadə Məhəmməd Natiq oğlu – “Konstruktorların hazırlanması” layihəsinə görə 4. Əlizadə Nihad Vüqar oğlu – “Qan xəstəlikləri” mövzusunda layihəsinə görə 5. Yəhyazadə Nazim Arif oğlu – “Ekologiyanın qorunması” mövzusunda layihəsinə görə 6. Əhmədov Elşad Eldəniz oğlu – “Bitkilərdə quraqlıq stresindən müdafiə mexanizmləri” mövzusunda layihəsinə görə 7. İmanov Sahib Hafiz oğlu – “Böyük coğrafi kəşflər” mövzusunda layihəsinə görə 8. Abbaslı Məryəm İdris qızı - "Dillər niyə müxtəlifdir" mövzusunda layihəsinə görə 9. Şükürlü Tuncay İlkin oğlu – “Meyvə və tərəvəz bitkilərinin insan saglamlığına təsiri” mövzusunda layihəsinə görə 10. Qurbanlı Şahin Aqil oğlu – “Kartoqrafik təsvirlərin əhəmiyyəti” mövzusunda layihəsinə görə 11. Kərimli Nihad Rəşad oğlu – “İşıq sürəti” mövzusunda layihəsinə görə 12. Qasımov Seymur Samir oğlu – “Nadir şah Əfşar” mövzusunda layihəsinə görə 13. Abusətdar İlayda Fəxrəddin qızı – “Talassemiya xəstəliyi” mövzusunda layihəsinə görə 14. SeyfəddinovYusif Elmar oğlu – “Zərərli vərdişlər” mövzusunda layihəsinə görə 15. Həsənzadə Sənəm Şahin qızı – “Qan damarlarının tutulması” mövzusunda layihəsinə görə 16. Osmanli Yusif Cavid oğlu – “Robot maşın” layihəsinə görə 17. Kazimli Nurlan Zaur oğlu – “Robot gəminin hazırlanması” layihəsinə görə Məktəbin direktoru Esmira xanım Məmmədova və KA rəhbəri Gülnarə Quliyeva şagirdlərimizi təbrik etdilər və onlara uğurlu gələcəyə gedən yolda müvəffəqiyyətlər arzuladılar.

Ətraflı

Kiçik Akademiyanın növbəti görüşüİyunun 6-da “Kiçik Akademiya”nın biologiya kafedrası üzrə növbəti məktəb konfransı keçirildi. Elmi işlərə meyl və marağı olan istedadlı şagirdlərimiz bu dəfə də günümüz üçün aktual olan maraqlı araşdırmalarını təqdim etdilər. Onlayn formada təşkil olunmuş bu görüşdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının Dosenti, tibb elmləri namizədi, Avropa, Türkiyə və Rusiya Kolorektal Cərrahi Assosasiyasının üzvü, müalicə işi üzrə ümumi cərrah Solmaz İmanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi kafedrasının müəllimi Sevinc Mehdiyeva iştirak edirdilər. 9e sinif şagirdi Nihad Əlizadə və 8c sinif şagirdi İlayda Abusətdar “Qan xəstəlikləri” mövzusunda, 8c sinif şagirdi Yusif Seyfəddinov “Zərərli vərdişlər” mövzusunda, 9e sinif çagirdi Nazim Yəhyazadə və 9b sinif şagirdi Seymur Qasımov “Ekologiya” mövzusunda maraqlı təqdimatlarla çıxış etdilər. Görüşün sonunda qonaqlarımız şagirdlərin təqdimatlarını bəyəndiklərini bildirdilər, daha maraqlı məqamları qeyd etdilər. Gələcəyimiz olan bu gənclərə öz dəyərli tövsiyyələrini verərək uğurlar

Ətraflı

Dünyamızı qoruyaqDünya yarandığı vaxtdan insanlar qida və geyimə olan təlabatlarını ödəmək üçün təbiəti tədricən dəyişdirmişlər. Nə vaxtsa bizim həyatımız təbiətdən asılı idisə, indi insan təbiətin taleyini həll edir. Ətraf mühitə mənfi antropogen təsirin nəticəsi olaraq son dövrdə ekoloji problemlər artmışdır . Belə problemlərdən bəlkə də ən əsası olan Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Bu mövzuda Kiçik Akademiyanın vitse prezidentlərindən biri olan 8”E” sinif şagirdi Pənahov İsgəndər çox maraqlı və yaradıcı araşdırmaları ilə məktəbimizin müəllim və şagirdləri qarşısında çıxış etdi. Təxmini hesablamalara görə alimlər bu nəticəyə gəlmişlər ki, təxminən 3500 il sonra Yer kürəsində temperatur 500C-dən yüksək olacaq. Bu səbəbdən Antarktidanı yaşayış üçün hazırlamaq, yemək bazaları, nəqliyyat kimi problemləri necə həll etmək İsgəndərin lahiyəsində visual olaraq nümayiş olundu. 7”A” sinif şagirdləri Ağacəlilova Nərmin və Məmmədova Aysun “Meşələr planetimizin ağ ciyərləridir” adlı təqdimatlarında ekoloji tarazlığın pozulmasının aradan qaldırılması yolları ilə bağlı mühüm faktları işıqlandırdılar. KA-nın fəal üzvlərindən olan 6”E” sinif şagirdi İsmayılov İsmayıl hazırladığı flügerin işləmə mexanizmi və əhəmiyyəti barədə məlumat verdi.

Ətraflı

Şagirdlər viktorinada özlərini sınadılarKiçik Akademiya fəalları bu dəfə maraqlı bir viktorinada özlərini sınadılar. Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəyinin rəhbəri Almaz Baxışıyevanın təşkilatçılığı ilə keçirilən bu viktorinada məktəblilər sağlam həyat tərzinin formalaşmsı ilə bağlı suallara böyük həvəslə cavab verirdilər.

Ətraflı

“Kiçik Akademiyanın” prezidenti serifikata layiq görüldüMəktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiyanın” prezidenti Quliyeva Gülnarə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə III qrant müsabiqəsi çərçivəsində keçirilmiş “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər layihəsində müvəffəqiyyətlə iştirak etmiş və sertifikata layiq görülmüşdür.

Ətraflı

Tarixi böyük şəxsiyyətlər yaradırlarAzərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Dekabrın 24-də “Kiçik Akademiya”nın tarix kafedrasının fəalları Azərbaycanın tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlər haqqında öz araşdırmalarını təqdim etmək üçün bir yerə yığışdılar. 8"B" sinif şagirdi Qasımov Seymur və 8"C" sinif şagirdi Camallı Məhəmməd “Nadir şah Əfşar” mövzusunda təqdimatlarında Nadir şah Əfşarın yürüşləri haqqında maraqlı faktları işıqlandırdılar. 8"E" sinif şagirdi Şükürlu Tuncay “Qarabağ xanlığı” mövzusunda etdiyi çıxışında Qarabağ xanlığının təsərrüfatı, mədəniyyəti haqqında ətraflı məlumat verdi. 8ç sinif şagirdi İmranov Cavid Quba xanı Fətəli xanın fəaliyyəti haqqında araşdırmalarını təqdim etdi və onun Azərbaycan tarixində rolunu dəyərləndirdi. 8"B" sinif şagirdi Şükürlü Elgün “Şair ruhlu hökmdar – Şah İsmayıl Xətai” mövzusunda çıxış edərək, indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvilər Dövlətinin banisinin həyat və fəaliyyətinin işıqlandırdı. 8"C" sinif şagirdi Babazadə Leyla isə “Səfəvi-Osmanlı müharibələri “ mövzusunda təqdimatında Səfəvi-Osmanlı müharibələrinin acı nəticələrini və türk dünyasına vurduğu zərbəni aydın şəkildə çatdırdı. Azərbaycanın tarixi şəxsiyyətlərinin keçdiyi həyat yolu bizim üçün bir məktəbdir. Belə şəxsiyyətlərimizlə fəxr edir, öyünürük. Onlardan nümunə götürürük.

Ətraflı

Məktəblilərin sağlam həyat tərzinin formalaşmasıSürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması, oturaq həyat tərzi, qeyri-düzgün qidalanma kimi amillərin orqanizmə mənfi təsir göstərməsi müasir dövrün ən aktual problemlərindəndir. Daim gümrah yaşamaq və xəstəliklərdən uzaq olmaq üçün uşaq yaşlarından sağlam həyat tərzi qaydalarına əməl etmək lazımdır. “Kiçik Akademiya”nın biologiya kafedrasının fəallarının bu dəfəki yaradıcı işləri “Məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusuna həsr olunmuşdur. 8"B" sinif şagirdləri Məmmədova Nuranə və Əhədzadə Mənzərin “Diş məcununun xeyri və ziyanı”, 7"C" sinif şagirdi Həsənzadə Sənəmin “Qan damarlarının tutulması”, 6"E" sinif şagirdi İsmayılov İsmayılın “Fotosintez prosesinin canlıların həyatında rolu” mövzusunda təqdimatları öz aktuallığı və əyaniliyi ilə şagird və müəllimlərin marağına səbəb oldu. Çıxışların sonunda dərs hissə müdiri Heydərli Esmiralda maraqlı təqdimatları üçün şagirdlərə təşəkkür etdi, onlara öz tövsiyyələrini bildirdi və gələcək yaradıcı işlərində uğurlar arzuladı. Gələcəyimiz olan məktəblilərdə sağlam həyat tərzi formalaşdırmaq hər bir ailənin, hər bir vətəndaşın, hər bir pedaqoji işçinin, tərbiyəçinin borcudur.

Ətraflı

“Kiçik Akademiya”nın coğrafiya fənni üzrə təqdimatları keçirildiDekabrın 20-də “Kiçik Akademiya”nın fəalları cografiya fənni üzrə öz yaradıcı işlərini müəllim və şagirdlər qarşısında nümayiş etdirdilər. 8"B" sinif şagirdi Qasımov Seymur “Xristofor Kolumbun səyahəti”, 8"Ç" sinif şagirdi Qurbanlı Şahin “Kartoqrafik təsvirlərin əhəmiyyəti”, 8"E" sinif şagirdi İmanov Sahib “Böyük coğrafi kəşflər”, 6"E" sinif şagirdi Həbibbəyli Oğuz “Yer kürəsinin fəaliyyətdə olan vulkanları” mövzusunda çox maraqlı təqdimatlar etdilər. Xristofor Kolumbun ekspedisiyaları ilə bağlı araşdırmalar, coğrafi kəşflərlə bağlı videoçarxlar, vulkan konusu maketinin köməyilə vulkan pükürməsinin əyani nümayişi xüsusi maraqla qarşılandı.

Ətraflı

“Kiçik Akademiya”nın kimya fənni üzrə təqdimatları keçirildiDekabrın 19-da “Kiçik Akademiya”nın kimya fənni üzrə təqdimatları keçirildi. 7c sinif şagirdi Seyfəddinov Yusif “ tərkibində E170 kodu olan içkilərin dişlərə zərərli təsiri” mövzusunda, 8c sinif şagirdi Mikayılzadə Jalə isə “Azərbaycanın təbii sərvəti olan neft və onun çıxarılması” mövzusunda yaradıcı işlərini müəllim və şagirdlərə təqdim etdilər.Şagirdlər öz təqdimatlarında günün aktual problemlərinə toxunmüş, həmçinin əyanilik olaraq kimyəvi təcrübələrdən də istifadə etmişlər.

Ətraflı

“Kiçik Akademiya”nın Azərbaycan dili kafedrası üzrə təqdimatı keçirildi13 dekabr tarixində “Kiçik Akademiya”nın Azərbaycan dili kafedrası üzrə təqdimatı keçirildi. 8”Ç” sinif şagirdi Abasslı Məryəmin “Dillər niyə müxtəlifdir” mövzusunda hazırladığı təqdimat müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılandı. Məryəm onu uşaqlıqdan maraqlandıran bu suala çox yaradıcılıqla yanaşmış, Yer kürəsində yaşayan müxtəlif xalqların niyə ayrı-ayrı dillərdə danışması səbəblərini araşdırmağa çalışmışdır.

Ətraflı

“Meyvə və tərəvəz bitkilərinin insan sağlamlığına təsiri” mövzusunda təqdimat12 dekabr tarixində “Kiçik Akademiya”nın fəallarından 8"E" sinif şagirdi Şükürlü Tuncay biologiya fənni üzrə “Meyvə və tərəvəz bitkilərinin insan sağlamlığına təsiri” mövzusunda maraqlı bir təqdimatla çıxış etdi. Düzgün həyat tərzini məktəblilər arasında təbliğ etmək məqsədi daşıyan bu çıxışında Tuncay Azərbaycanda yetişdirilən qiymətli meyvə və tərəvəz bitkilərinin hər birinin tərkibi, əsas xüsusiyyətləri və müalicəvi əhəmiyəti haqqında ətraflı məlumat verdi.

Ətraflı

“MƏN VƏ HÜQUQLARIM” MÖVZUSUNDA RƏSM MÜSABİQƏSİNİN QALİBİ“Kiçik Akademiya”nın təsviri incəsənət blokunda çox istedadlı və yaradıcı şagirdlər fəaliyyət göstərir. Onlardan biri də 8"E" sinfində oxuyan Abdullayeva Fidandır. 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın da iştirakı ilə Sabunçu Gənclər evində təşkil edilən sərgiyə Fidan “Mən və hüquqlarım” mövzusunda rəsmi ilə qatılmış və müsabiqənin qalibi olmuşdur. İstedadlı şagirdimizə gələcək işlərində də uğurlar arzulayırıq

Ətraflı

Fizika fənni üzrə təqdimatlar keçirildi11 dekabr tarixində məktəbdə “Kiçik Akademiya” fəallarının fizika fənni üzrə təqdimatları keçirildi. 8”E” sinif şagirdi Ələkbərli Abdullahın “Atom elektrik stansiyasının iş mexanizmi”, 6”A” sinif şagirdləri Osmanlı Yusifin “Robot maşnının hazırlanması”, Kazımlı Nurlanın “Mühərliklə hərəkət edən robot gəmi” mövzusunda çıxışları məktəbin direktoru Məmmədova Esmira və müəllimlər tərəfindən çox böyük maraqla qarşılandı.

Ətraflı

“Kiçik Akademiya” rəhbərləri üçün təlimlər layihəsi19 oktyabr tarıxındə Bakı şəhəri 60 № li tam orta məktəbdə Azərbaycan Respublikasi Təhsil Nazirliyi Tərəfindən “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər start götürmüşdür. “Təhsildə İnkişaf və İnnovasiyalar “ üzrə III Qrant müsabiqəsi çərçivəsində keşirilən təlimlərdə məktəbimizi kimya və biologiya müəllimi Quliyeva Gülnarə təmsil edir. Layihənin məqsədi:· Ümumtəhsil məktəblərində “Kiçik Akademiya”ların fəaliyyyətini daha da gücləndirmək· “Kiçik Akademiya” rəhbərlərini düzgün təlimatlandırmaq· Bakı şəhəri üzrə “Kiçik Akademiya” rəhbərləri arasında əməkdaşlıq yaratmaq· Şagirdlərdə “Kiçik Akademiya” lara üzv olmağa maraq yaratmaq Layihənin icra müddəti: 20.09.2019 – 20.12.2019

Ətraflı

“Ekoloji yönümlü və enerji effektli məktəb” mövzusunda keçirilən tədbirMüasir dövrdə əhalinin sürətlə artımı və elmi-texniki inqilab nəticəsində yaranan ekoloji böhran təhlükəsinin aradan qaldırılması, həmçinin, ətraf mühitin mühafizəsi bəşəriyyəti narahat edən aktual problemlərdir. Məktəbdə “Ekoloji yönümlü və enerji effektli məktəb” mövzusunda keçirilən tədbir də günümüzün qlobal ekoloji problemlərinə həsr olunmuşdur. Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəyinin rəhbəri Almaz Baxşıyevanın təşkilatçılığı ilə məktəbin kimya, biologiya və coğrafiya müəllimlərinin birgə hazırladıqları tədbiri giriş sözü ilə məktəbin təşkilat işləri üzrə direktor müavini Məlahət Allahverdiyeva açdı. Müəllimlərin mövzuya aid çıxışları və təqdimatları iştirakçılar tərəfindən maraqla izlənildi. Bədii hissədə şagirdlər iştirakçılara təbiətlə bağlı səhnəcik, şer, mahnı və rəqs nümunələri təqdim etdilər. Tədbirdə şagirdlərin ekoloji fənlərə marağını artırmaq və onların ekoloji biliklərini qiymətləndirmək məqsədilə viktorina keçirildi. Şagirdlərin rəsm və əl işlərindən ibarət sərgidə təqdirə layiq idi. Tədbirin sonunda daha çox fərqlənən şagirdlərə diplomlar təqdim olundu.

Ətraflı

Kiçik Akademiyanın növbəti tədbiriMəktəbimizdə Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmrinə əsasən təşkil olunmuş Kiçik Akademiya öz ətrafında elmi-tədqiqat işlərinə meyil və maraq göstərən istedadlı şagirdləri birləşdirir. Mayın 24-də “KA”-nın fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd “KA” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirmək idi. “KA” –nın məktəb konfransında Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları-institutun elmi katibi coğrafiya üzrə fəlsəfə doktoru dosent Həmidova Zərnurə Ənvər qızı, institutun Gənc alim və mütəxəssislər şurasının sədri, “Landşaftşünasılıq və landşaf planlaşdırılması” şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fələfə doktoru Ələkbərova Samirə Oqtay qızı, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Tarixazər Stara Əbülfəz qızı, “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Bədəlov Etibar Sənan oğlu iştirak edirdilər. Tədbiri giriş sözü ilə “KA” –nın prezidenti Gülnarə Quliyeva açıq elan etdi. Sonra şagirdlər öz elmi məruzələri ilə çıxış etdilər. Onların təqdimatları iştirakçılar tərəfindən maraqla dinlənildi. AMEA- nın elmi işçiləri çıxış edərək şagirdlərin işlərini bəyəndiklərini bildirdilər və onlara öz tövsiyələrini verdilər. Ümidvarıq ki, bu gün məktəbimizdə gələcəyin alimləri yetişir. Onlara uğurlar arzulayırıq.

Ətraflı

"KİÇİK AKADEMİYA" FƏALİYYƏTƏ BAŞLAYIBMəktəbimizdə “Kiçik Akademiya” 31.01.2018 tarixdən fəaliyyətə başlayıb. Əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarətdir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident – Quliyeva Gülnarə, kimya və biologiya müəllimi I vitse prezident –Əlizadə Nihad (7e) II vitse prezident – Yəhyazadə Nazim (7e) III vitse prezident – Mirsalahlı Mirnazim (7e) IV vitse prezident – Qulizadə Xədicə (7e) Kafedra rəhbərləri: Azərbaycan dili kafedrası – Əliyeva İlhamə Mütaliə sevənlər - Sadıqova Cəmalə Riyaziyyat kafedrası - Məmmədova Sahibə Fizika kafedrası - Cəbiyeva Vüsalə Informatika kafedrası - Seyfullayeva Zöhrə Kimya kafedrası – Amani Fəxriyyə Biologiya kafedrası –Musayeva Arzu Tarix kafedrası – Əhmədova Mehparə Coğrafiya kafedrası –Namazova Nazilə Ingilis dili kafedrası - Süleymanova Rühəngiz Rus dili kafedrası –Quliyeva Ruhəngiz Təsviri incəsənət kafedrası –Hacıyeva Aytən Musiqi kafedrası –Babayeva Gülüstan Fiziki tərbiyə kafedrası - Musayeva Kəmalə Məktəbin Kiçik Akademiyası qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirir və çərçivədə işlərin genişləndirilməsini planlaşdırır.

Ətraflı

“KİÇİK AKADEMİYA” HAQQINDA ƏSASNAMƏ1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 240 nömrəli tam orta məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilm...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Həşimli Səbuhi

Fidan Mirzəzadə Arif

HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 240 nömrəli tam orta məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilm...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Həşimli Səbuhi

Fidan Mirzəzadə Arif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi