ƏLIZADƏ NIHAD RESPUBLİKA FƏNN OLİMPİADASININ FINAL TURUNUN QALIBI OLMUŞDUR

Məktəbimiz növbəti uğura imza atdı. 10”A” sinif şagirdi Əlizadə Nihad Vüqar oğlu Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə respublika mərhələsinin final turunda qalib gəlmiş və bürünc medala layiq görülmüşdür. Bu, istedadlı şagirdimizin ilk qələbəsi deyil. Belə ki, Nihad 6-cı sinifdə riyaziyyat fənn olimpidasının və 7-ci sinifdə “Lütfi Zadə adına III məntiq olimpiadası”nın respublika mərhələlərinin qalibi olaraq medal və hədiyyələrlə təltif olunmuşdur. Kiçik Akademiyanın vitse prezidenti olan Nihad həm də dərs əlaçısıdır, müəllimlərin sevimlisidir, onu ürəkdən təbrik edirik, daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, o gələcəkdə çox sevdiyi həkimlik peşəsinin zirvəsinə yüksələrək, xalqımıza layiqincə xidmət edəcək. Pedaqoji kollektivimizi təbrik edir və Nihadın qalibiyyət qazanmasında zəhməti olan müəllimlərimizə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi