Şuşa Azərbaycandır!

Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşa şəhərinin təməlini qoyub və 2022-ci ildə Şuşanın 270 illiyini qeyd edirik. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bu il “Şuşa ili” elan olunub. Bu gün Kiçik Akademiyanın tarix kafedrasının fəal üzvü olan 8a sinif şagirdi Məhərrəmli Nərminin “Şuşa ili” ilə əlaqədar ”Şuşa-Azərbaycandır” adlı təqdimatı keçirildi. Şagirdimizin təqdimatını Azərbaycan, rus və ingilis dilində hazırlaması xüsusi diqqət çəkdi. Həmşinin digər fəal şagirdlərimiz A.Nuray, B.Xatun,M.Nuray, Ə.Firuddin Şuşanın azad olunması ilə bağlı tarixi faktlar və maraqlı məlumatlar verdilər.Tədbir tarix müəlliməsi S.Yusifova: “Şuşanın azad olunması-son 30 ilin ən gözəl qələbə xəbəridir. Bu möhtəşəm tarixi qələbəni bizə yaşadan Ali Baş Komandana təşəkkür edir, Şuşa uğrunda canından keçən igid əsgərlərimizin qarşısında baş əyirik. Tarixi Qarabağımızın tarixi paytaxtı olan Şuşa qələbəsi həmçinin bir xalq olaraq birliyimizin, həmrəyliyimizin qələbəsidir!” deyərək yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi