Nailiyyətlərimiz

Məktəbimizin ibtidai sinif müəllimi Mətanət SəmədovaMilli Keyfiyyət Nişanına layiq görülmüşdür Məktəbimizin ibtidai sinif müəllimi Mətanət Səmədova bu il də e-Twinning layihəsi çərçivəsində qoşulduğu 6-11 yaş üzrə 11 ölkədən qatılmış müəllim, 100-dən çox şagirdin iştirak etdiyi "Minik Eller -Büyük Yürekler The intelligent digital student" layihələrində ortaq "HASAT ZAMANI-Harvest Time" layihəsində qurucu kimi iştirak etmişdir. Ona görə də Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi tərəfindən Milli Keyfiyyət Nişanına layiq görülmüşdür.

Məktəbimizin informatika müəllimi Musayeva NərminəTəşəkkürnamə ilə təltif edildi.Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri üçün həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə keçirilmişdir. Məktəbimizin informatika müəllimi Musayeva Nərminə həmin layihədə təlimçi kimi iştirak etmişdir. O, 160 tələbənin yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağına göstərdiyi səylərə görə Təşəkkürnamə ilə təltif edilmişdir. Kollektivimiz adından Nərminə müəlliməni təbrik edir, yeni uğurlar arzulayırıq.

Mətanət Səmədova  “Ustad müəllim" adına layiq görülmüşdür.    24 iyun tarixində Təhsil Texnologiyaları Mərkəzində "Sağlam Təhsil " layihəsinin 2021-2022 ci il tədris ilində fərqlənən müəllimlərin təltifetmə mərasimi keçirilmişdir. 2021-2022 ci tədris ilində   fəaliyyəti dəyərləndirilən müəllimlər  3 nominasiya "Ustad müəllim","Fəal müəllim" və “Təşəkkürnamə" üzrə təltif edilmişlər    "Sağlam təhsil-Sağlam millət" layihəsinə verdiyi töhfəyə, milli, vətənpərvər və sağlam ruhlu şagirdlər yetişdirdiyinə görə  məktəbimizin "Sağlam təhsil" sinfinin ibtidai sinif müəllimi Mətanət Səmədova  “Ustad müəllim" adına layiq görülmüşdür.    Məktəbimizin digər Sağlam təhsil sinfinin müəllimi Gülşən Hacıyeva "Sağlam təhsil-Sağlam millət" layihəsində fəal iştirak etdiyinə görə "Fəal müəllim" adına layiq görülmüşdür.      Kollektivimiz adından müllimlərimizi təbrik edir və onlara yeni uğurlar arzu edirik.

HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 240 nömrəli tam orta məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilm...

BİZİM FƏXRLƏRİMİZ

Lalə Əlizadə Şahin

Şəbnəm Məmmədli Azər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi