Nailiyyətlərimiz

MÜƏLLİMLƏRİMİZ TƏLTİF OLUNDU.      Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin 2021-ci ildə təşkil etdiyi distant təlimlərin keçirilməsində uğurlu əməkdaşlığa görə məktəbimizin müəllimləri Səmədova Mətanət Yelmar qızı və Mirizadə Gülşən Məmməd qızı təşəkkürnamə ilə təltif edilmişlər. Müəllimləri məktəb kollektivi adından təbrik edir, davamlı uğurlar arzulayırıq.

Müəllimlərimiz V qrant müsabiqəsinin qalibi oldular.   Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.    Məktəbimizin müəllimləri Səmədova Mətanət Yelmar qızı “Robototexnika və 3d dizayn bacarıqlarının artırılması üçün dərnəyin təşkili“ layihəsinə, Hacıyeva Gülşən Yelmar qızı isə “Hərbi STEAM mühəndisləri” layihəsinə görə qrant qazanmışlar.    Onları bütün kollektivimiz adından təbrik edirik və layihələrinin həyata keçirilməsində uğurlar arzulayırıq.

“AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ”Məktəbin kimya və biologiya müəllimi Quliyeva Gülnarə Xuduş qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 240 nömrəli tam orta məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilm...

BİZİM FƏXRLƏRİMİZ

Zamirə İbrahimova İskəndər

Selcan Hüseynzadə Ceyhun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi