HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 240 nömrəli tam orta məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilmişdir. 2006-cı ildə isə məktəb üçün 3 mərtəbəli, 25 sinif otağından ibarət müasir tələblərə cavab verən əlavə tədris korpusu tikilib istifadəyə verilmiş, lazımi avadanlıqlarla tam təmin edilmişdir.

Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir edilmiş, əsaslı təmir işlərinin aparılması ilə əlaqədar Respublika Prezidenti Cənab İlham Əliyev məktəbdə olmuşdur.

Məktəb 2 dəfə - 2008 və 2013-cü illərdə Respublika üzrə ümumtəhsil məktəbləri arasında keçirilən “Ən yaxşı məktəb ” müsabiqəsinin qalibi olmuşdur.

Məktəb ikinövbəli, altı günlük iş rejimi ilə fəaliyyət göstərir. Hazırda məktəbdə Azərbaycan və rus bölmələri üzrə I-XI siniflərdə 2041 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 116 müəllim məşğul olur. Məktəbdə vəzifəsinin məsuliyyətini dərk edən, təcrübəli, peşəkar pedaqoji kollektiv çalışır. Onlardan 4 nəfəri “Əməkdar müəllim”, 4 nəfəri “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, 4 nəfər müəllim Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı müəllimi ”, 2 nəfər müəllim V Qrant müsabiqəsinin qalibi olmuşdur.

2023-2024-cü tədris ilində tam orta təhsil pilləsini bitirmiş 95 nəfər şagirddən 73 nəfəri ali məktəbə qəbul oldular.

Məktəbin şagirdləri Respublika fənn olimpiadalarında, beynəlxalq idman yarışlarında , rəsm üzrə keçirilən sərgilərdə fəal iştirak edir və uğur qazanırlar.  Son illərdə məktəbdə ümumi orta təhsil pilləsini bitirmiş şagirdlərdən 45 nəfəri, tam orta təhsil pilləsini bitirmiş şagirdlərdən 34 nəfəri fərqlənmə attestatı almış, 4 nəfər məzun qızıl medala layiq görülmüşdür.

Davamlı olaraq orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə məktəb Bakı şəhər məktəbləri arasında ön sıralarda yer alır, məzunların böyük əksəriyyəti yüksək ballarla ali məktəblərə qəbul olunur.

Məktəbdə “Sağlam təhsil sağlam millət”, “Rəqəmsal bacarıqlar”,  “Elektron sınaq qiymətləndirmə”, "Ehtiyat dərsliklərin sınaq prosesi" pilot layihələr, “Hərbi STEAM mühəndisləri”, “Robototexnika və 3D dizayn bacarıqlarının artırılması üçün dərnəyin təşkili“, "STEAM"  və s. layihələr  fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi