RFO-NUN RESPUBLİKA MƏRHƏLƏSİNİN YARIMFİNAL TURUNUN NƏTİCƏLƏRİ ELAN EDİLDİ

25 fevral 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Şagirdlərin nəticələri www.portal.edu.az saytındakı şəxsi kabinetlərinə və təhsil aldıqları ümumtəhsil müəssisələrinə göndərilmişdir. Sevindirici haldır ki, məktəbimizin 11a sinif şagirdləri Əlizadə Nihad Vüqar oğlu və Məmmədova Səyyarə Vüsal qızı da yüksək nəticələrlə Respublika mərhələsinin Final turuna vəsiqə almışlar. Bu şagirdlər həm də KA fəal üzvləridirlər. Qalib şagirdlərimizi və onların müəllimlərini ürəkdən təbrik edirik. Final turunda onlara uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi