Şagirdimizə Kubok və Sertifikat təqdim olundu.

Bildiyimiz kimi dekabrın 5-dən 9-dək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilmişdir. Festivalda məktəbimizin 9a sinif şagirdi Əliyev Muhəmmədəli Ramin oğlu rəhbərlik etdiyi “Sumur” komandasının tərkibində İnnovativ Sərgi Kateqoriyası üzrə iştirak etmişdir. Onlar sudakı tullantıları təmizləyən və Loqa texnologiyası əsasında hazırlanmış Robot maşın nümayiş etdirmişlər. Komanda 1-ci yerin qalibi olmuşdur. Yaxın günlərdə Məhəmmədəliyə kubok və sertifikat təqdim olunmuşdur. Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın da fəal üzvü olan Muhəmmədəlini bir daha təbrik edirik, ona növbəti layihələrində uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi