STEAM Azərbaycan Festivalı 2022-nin qalibi

Dekabrın 5-dən 9-dək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilmişdir. SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlar həm xarici ölkə, həm də yerli iştirakçılardır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Festivalda məktəbimizin 9a sinif şagirdi Əliyev Muhəmmədəli Ramin oğlu rəhbərlik etdiyi “Sumur” komandasının tərkibində İnnovativ Sərgi Kateqoriyası üzrə iştirak etmişdir. Onlar sudakı tullantıları təmizləyən və Loqa texnologiyası əsasında hazırlanmış Robot maşın nümayiş etdirmişlər. Həm manual, həm də süni intellektlə işləyən və 5 km məsafəyə qədər idarə oluna bilən Robot maşın münsiflərin marağına səbəb olmuşdur. Komanda 1-ci yerin qalibi olmuşdur, onlara kubok və hədiyyələr təqdim olunmuşdur. Əliyev Muhəmmədəli həm də məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəal üzvüdür. O, hazırladığı “Nizami Proqramlaşdırma dili” layihəsi ilə "Sabahın alimləri" XII Respublika Müsabiqəsinə də qatılmışdır. İstedadlı şagirdimizə uğurlarının davamlı olmasını arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi