HÜSEYNZADƏ SELCANIN MƏQALƏSİ FRANSA MEDİASINDA YAYIMLANDI

Məktəbimizin istedadlı şagirdlərindən biri də 11"B" sinfində oxuyan Hüseynzadə Selcan Ceyhun qızıdır. Kiçik Akademiyanın fəal üzvü olan Selcanın müxtəlif aktual mövzularda yazdığı məqalələr vaxtaşırı beynəlxalq mediada dərc edilir. Bu dəfə də Selcan çox maraqlı bir mövzu ilə Fransada onlayn yayımlanan "Le journal des jeunes" qəzetində çıxış etmişdir. Qəzetin jurnalistləri müxtəlif ölkələrdən fərqli maraqlara sahib gənclərdir. Bu gənclərin demək olar ki hamısı Avropa Gənclər Parlamentinin üzvüdür və əsas oxucu kütləsini də bu gənclər təşkil edir. Selcanın millətlər dostluğu və sülh üçün dünya turuna çıxan 2 qadın haqqında yazdığı “Pippa Bacca” məqaləsi də oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Selcan həm də dərs əlaçısıdır. Buraxılış imtahanında 290 bal toplayaraq gözəl nəticə göstərmişdir. İstedadlı şagirdimizə qəbul imtahanının 2-ci mərhələsində də müvəffəqiyyət qazanmasını və çox sevdiyi Tibb Universitetinə daxil olmasını arzulayırıq. https://lejournaldesjeunes8.wixsite.com/lesjournaldesjeunes/post/pippa-bacca https://www.instagram.com/p/CbwgzlfMxtd/?utm_medium=share_sheet
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi