“MƏN VƏ HÜQUQLARIM” MÖVZUSUNDA RƏSM MÜSABİQƏSİNİN QALİBİ

“Kiçik Akademiya”nın təsviri incəsənət blokunda çox istedadlı və yaradıcı şagirdlər fəaliyyət göstərir. Onlardan biri də 8"E" sinfində oxuyan Abdullayeva Fidandır. 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın da iştirakı ilə Sabunçu Gənclər evində təşkil edilən sərgiyə Fidan “Mən və hüquqlarım” mövzusunda rəsmi ilə qatılmış və müsabiqənin qalibi olmuşdur. İstedadlı şagirdimizə gələcək işlərində də uğurlar arzulayırıq
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi