Kiçik Akademiyanın növbəti tədbiri

Məktəbimizdə Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmrinə əsasən təşkil olunmuş Kiçik Akademiya öz ətrafında elmi-tədqiqat işlərinə meyil və maraq göstərən istedadlı şagirdləri birləşdirir. Mayın 24-də “KA”-nın fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd “KA” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirmək idi. “KA” –nın məktəb konfransında Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları-institutun elmi katibi coğrafiya üzrə fəlsəfə doktoru dosent Həmidova Zərnurə Ənvər qızı, institutun Gənc alim və mütəxəssislər şurasının sədri, “Landşaftşünasılıq və landşaf planlaşdırılması” şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fələfə doktoru Ələkbərova Samirə Oqtay qızı, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Tarixazər Stara Əbülfəz qızı, “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Bədəlov Etibar Sənan oğlu iştirak edirdilər. Tədbiri giriş sözü ilə “KA” –nın prezidenti Gülnarə Quliyeva açıq elan etdi. Sonra şagirdlər öz elmi məruzələri ilə çıxış etdilər. Onların təqdimatları iştirakçılar tərəfindən maraqla dinlənildi. AMEA- nın elmi işçiləri çıxış edərək şagirdlərin işlərini bəyəndiklərini bildirdilər və onlara öz tövsiyələrini verdilər. Ümidvarıq ki, bu gün məktəbimizdə gələcəyin alimləri yetişir. Onlara uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi