“Ekoloji yönümlü və enerji effektli məktəb” mövzusunda keçirilən tədbir

Müasir dövrdə əhalinin sürətlə artımı və elmi-texniki inqilab nəticəsində yaranan ekoloji böhran təhlükəsinin aradan qaldırılması, həmçinin, ətraf mühitin mühafizəsi bəşəriyyəti narahat edən aktual problemlərdir. Məktəbdə “Ekoloji yönümlü və enerji effektli məktəb” mövzusunda keçirilən tədbir də günümüzün qlobal ekoloji problemlərinə həsr olunmuşdur. Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəyinin rəhbəri Almaz Baxşıyevanın təşkilatçılığı ilə məktəbin kimya, biologiya və coğrafiya müəllimlərinin birgə hazırladıqları tədbiri giriş sözü ilə məktəbin təşkilat işləri üzrə direktor müavini Məlahət Allahverdiyeva açdı. Müəllimlərin mövzuya aid çıxışları və təqdimatları iştirakçılar tərəfindən maraqla izlənildi. Bədii hissədə şagirdlər iştirakçılara təbiətlə bağlı səhnəcik, şer, mahnı və rəqs nümunələri təqdim etdilər. Tədbirdə şagirdlərin ekoloji fənlərə marağını artırmaq və onların ekoloji biliklərini qiymətləndirmək məqsədilə viktorina keçirildi. Şagirdlərin rəsm və əl işlərindən ibarət sərgidə təqdirə layiq idi. Tədbirin sonunda daha çox fərqlənən şagirdlərə diplomlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi