"KİÇİK AKADEMİYA" FƏALİYYƏTƏ BAŞLAYIB

Məktəbimizdə “Kiçik Akademiya” 31.01.2018 tarixdən fəaliyyətə başlayıb. Əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarətdir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident – Quliyeva Gülnarə, kimya və biologiya müəllimi I vitse prezident –Əlizadə Nihad (7e) II vitse prezident – Yəhyazadə Nazim (7e) III vitse prezident – Mirsalahlı Mirnazim (7e) IV vitse prezident – Qulizadə Xədicə (7e) Kafedra rəhbərləri: Azərbaycan dili kafedrası – Əliyeva İlhamə Mütaliə sevənlər - Sadıqova Cəmalə Riyaziyyat kafedrası - Məmmədova Sahibə Fizika kafedrası - Cəbiyeva Vüsalə Informatika kafedrası - Seyfullayeva Zöhrə Kimya kafedrası – Amani Fəxriyyə Biologiya kafedrası –Musayeva Arzu Tarix kafedrası – Əhmədova Mehparə Coğrafiya kafedrası –Namazova Nazilə Ingilis dili kafedrası - Süleymanova Rühəngiz Rus dili kafedrası –Quliyeva Ruhəngiz Təsviri incəsənət kafedrası –Hacıyeva Aytən Musiqi kafedrası –Babayeva Gülüstan Fiziki tərbiyə kafedrası - Musayeva Kəmalə Məktəbin Kiçik Akademiyası qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirir və çərçivədə işlərin genişləndirilməsini planlaşdırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi