KİMYADAN VİKTORİNA KEÇİRİLDİ

Kiçik Akademiyanın növbəti tədbiri kimya fənninə həsr olumuş viktorina oldu. 7-ci siniflərin komandaları arasında təşkil olunmuş yarışa şagirdlər çox böyük həvəslə hazırlaşmışdılar. Məktəbimizin kimya-biologiya müəllimi Quliyeva Gülnarənin təşkilatçılığı ilə keçirilən viktorinada şagirdlər qaydalara uyğun olaraq sualları sürətli və düzgün cavablandırmağa çalışırdılar. Həm tədbirin əsas vaxtında, həm də əlavə verilən vaxtda eyni bal topladıqlarına görə 7”B” və 7”C” sinfinin komandaları hər ikisi qalib oldular. Münsiflər heyəti kimya müəllimlərimiz Amanı Fəxriyə və Abbasova Leyla sonda yarışmada fərqlənən şagirdləri təbrik etdilər, qalib komandalar fəxri fərmanla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi