“ŞUŞA İLİ” İLƏ BAĞLI NÖVBƏTİ TƏDBİR

“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli sərəncamına müvafiq olaraq məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Bu gün də məktəbimizin tarix müəllimlərinin iştirakı ilə keçirilən görüşdə Kiçik Akademiyanın fəal üzvlərindən olan 10A sinif şagirdi Vəlizadə Ömər “Qarabağ Azərbaycandır” mövzusu ilə çıxış etdi. Onun milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən mədəniyyət mərkəzimiz Şuşanın zəngin tarixinə, mədəni irsinə, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının qəhrəmanlıqlarına aid araşdırmaları görüş iştirakçıları tərəfindən maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi