Kiçik Akademiyanın növbəti görüşü

Fevralın 3-də Kiçik Akademiyanın növbəti görüşü keçirildi. Bu dəfə 11-ci sinif şagirdləri öz maraqlı araşdırmaları ilə çıxış etdilər. Hüseynzadə Selcan “Yarasaların infeksion xəstəlikləri yayması sirri” mövzusunda, Qurbanova Qənirə “Hemofiliya” mövzusunda, Əhmədov Elşad  “Həzm orqanları xəstəlikləri” mövzusunda, Fərəməzova Naidə “Görmə orqanının qüsurları” mövzusunda çıxış etdilər. Onu da qeyd edək ki, Hüseynzadə Selcanın bu məqaləsi beynəlxalq mediada çox maraqla qarşılanmış və Fransanın “Le journal des jounes” qəzetində yayımlanmışdır. https://seljanhuseynzade.medium.com/what-is-the-secret-behind-bats-de1f8c7544ee Onlayn formada təşkil olunmuş bu görüşdə məktəbimizin fəxri  məzunu hazırda ABŞ-nin Texas ştatı Houston şəhərində Houston Methodist Elmi Araşdırma Mərkəzinin Nanotibb şöbəsinin elmi işçisi, tibb elmləri üzrə fəlsəfə doktoru Aygül Sadıqova da iştirak edirdi. Sadıqova Aygül məktəbimizi 2008-ci ildə bitirib.Bu illər ərzində həmişə ona doğma olan məktəbimizlə sıx əlaqə saxlayıb. Bütün qazandıqlarında məktəbdə ona verilən biliklərin əvəzsiz olduğunu həmişə söyləyən məzunlarımızdandır. Bu gün də onun məktəbimizin tədbirlərində iştirak etməsi, şagirdlərimizin uğurları ilə yaxından maraqlanması çox qürurvericidir. Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın rəhbəri Gülnarə müəllimənin təşkilatçılığı ilə keçirilən bu görüşdə tibb sahəsində elmi araşdırmalar aparan istedadlı şagirdlərimizə məhz məktəbimizin məzununun tövsiyələr verməsi çox təqdirəlayiqdir və şagirdlərimizə böyük stimul verdi. Sonda görüş iştirakçıları şagirdlərimizə uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi