Kiçik Akademiyanın növbəti görüşü

İyunun 6-da “Kiçik Akademiya”nın biologiya kafedrası üzrə növbəti məktəb konfransı keçirildi. Elmi işlərə meyl və marağı olan istedadlı şagirdlərimiz bu dəfə də günümüz üçün aktual olan maraqlı araşdırmalarını təqdim etdilər. Onlayn formada təşkil olunmuş bu görüşdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının Dosenti, tibb elmləri namizədi, Avropa, Türkiyə və Rusiya Kolorektal Cərrahi Assosasiyasının üzvü, müalicə işi üzrə ümumi cərrah Solmaz İmanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi kafedrasının müəllimi Sevinc Mehdiyeva iştirak edirdilər. 9e sinif şagirdi Nihad Əlizadə və 8c sinif şagirdi İlayda Abusətdar “Qan xəstəlikləri” mövzusunda, 8c sinif şagirdi Yusif Seyfəddinov “Zərərli vərdişlər” mövzusunda, 9e sinif çagirdi Nazim Yəhyazadə və 9b sinif şagirdi Seymur Qasımov “Ekologiya” mövzusunda maraqlı təqdimatlarla çıxış etdilər. Görüşün sonunda qonaqlarımız şagirdlərin təqdimatlarını bəyəndiklərini bildirdilər, daha maraqlı məqamları qeyd etdilər. Gələcəyimiz olan bu gənclərə öz dəyərli tövsiyyələrini verərək uğurlar
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi