Məktəblilərin sağlam həyat tərzinin formalaşması

Sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması, oturaq həyat tərzi, qeyri-düzgün qidalanma kimi amillərin orqanizmə mənfi təsir göstərməsi müasir dövrün ən aktual problemlərindəndir. Daim gümrah yaşamaq və xəstəliklərdən uzaq olmaq üçün uşaq yaşlarından sağlam həyat tərzi qaydalarına əməl etmək lazımdır. “Kiçik Akademiya”nın biologiya kafedrasının fəallarının bu dəfəki yaradıcı işləri “Məktəblilərin sağlam həyat tərzinin formalaşması” mövzusuna həsr olunmuşdur. 8"B" sinif şagirdləri Məmmədova Nuranə və Əhədzadə Mənzərin “Diş məcununun xeyri və ziyanı”, 7"C" sinif şagirdi Həsənzadə Sənəmin “Qan damarlarının tutulması”, 6"E" sinif şagirdi İsmayılov İsmayılın “Fotosintez prosesinin canlıların həyatında rolu” mövzusunda təqdimatları öz aktuallığı və əyaniliyi ilə şagird və müəllimlərin marağına səbəb oldu. Çıxışların sonunda dərs hissə müdiri Heydərli Esmiralda maraqlı təqdimatları üçün şagirdlərə təşəkkür etdi, onlara öz tövsiyyələrini bildirdi və gələcək yaradıcı işlərində uğurlar arzuladı. Gələcəyimiz olan məktəblilərdə sağlam həyat tərzi formalaşdırmaq hər bir ailənin, hər bir vətəndaşın, hər bir pedaqoji işçinin, tərbiyəçinin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi