Dünyamızı qoruyaq

Dünya yarandığı vaxtdan insanlar qida və geyimə olan təlabatlarını ödəmək üçün təbiəti tədricən dəyişdirmişlər. Nə vaxtsa bizim həyatımız təbiətdən asılı idisə, indi insan təbiətin taleyini həll edir. Ətraf mühitə mənfi antropogen təsirin nəticəsi olaraq son dövrdə ekoloji problemlər artmışdır . Belə problemlərdən bəlkə də ən əsası olan Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Bu mövzuda Kiçik Akademiyanın vitse prezidentlərindən biri olan 8”E” sinif şagirdi Pənahov İsgəndər çox maraqlı və yaradıcı araşdırmaları ilə məktəbimizin müəllim və şagirdləri qarşısında çıxış etdi. Təxmini hesablamalara görə alimlər bu nəticəyə gəlmişlər ki, təxminən 3500 il sonra Yer kürəsində temperatur 500C-dən yüksək olacaq. Bu səbəbdən Antarktidanı yaşayış üçün hazırlamaq, yemək bazaları, nəqliyyat kimi problemləri necə həll etmək İsgəndərin lahiyəsində visual olaraq nümayiş olundu. 7”A” sinif şagirdləri Ağacəlilova Nərmin və Məmmədova Aysun “Meşələr planetimizin ağ ciyərləridir” adlı təqdimatlarında ekoloji tarazlığın pozulmasının aradan qaldırılması yolları ilə bağlı mühüm faktları işıqlandırdılar. KA-nın fəal üzvlərindən olan 6”E” sinif şagirdi İsmayılov İsmayıl hazırladığı flügerin işləmə mexanizmi və əhəmiyyəti barədə məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi