Kiçik Akademiya

İnşa - yazı müsabiqəsi keçirilmişdirKiçik Akademiya çərçivəsində məktəbin 7, 8, 9-cu sinif şagirdləri arasında ingilis dilində İnşa-yazı müsabiqəsi təşkil edilib. Qaliblər məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tərəfindən fəxri fərmanla təltif edilib.

Ətraflı

Dərman bitkiləriMəktəbin VII “B” sinif şagirdləri dərman bitkiləri haqqında araşdırmalar apararaq müxtəlif məlumatlar toplamışlar. Aparılan tədqiqatlar zamanı şagirdlər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bitkilərin faydaları və müalicəvi əhəmiyyətlərinin olmasını müəyyən edilmişlər. Yaşadıqları diyarın dərman bitkiləri haqqında araşdırma aparan şagirdlər hazırladıqları təqdimatlarla biologiya dərsində çıxışlar etmişlər.

Ətraflı

Kiçik Akademiyanın iclası keçirilibKiçik Akademiyada görülən işlərin təşkili ilə bağlı məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevin Hacıyevin və metodbirləşmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda Kiçik Akademiyanın gündəliyində duran məsələlər müzakirə edilib.

Ətraflı

Heydər Əliyevin həyat yoluÜmummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar Kiçik Akademiya üzvlərinin iştirakı ilə məktəbin tarix fənn müəllimi Qəhrəmanova Faidənin təşkilatçılığı ilə elmi konfrans keçirilib. Konfransda Ümummilli liderin həyat yolu və yaradıcılığından, xalqımız üçün etdiyi fədakarlıqlardan danışılıb. Şagirdlərin təqdimatında Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əlaqədar araşdırma işləri təqdim olunub.

Ətraflı

Kiçik Akademiyanın Ümumşəhər Konfransının seçim turu keçirilib23 noyabr tarixində keçirilən Kiçik Akademiyanın Ümumşəhər Konfransının seçim turunda məktəbin 8 "B" sinif şagirdi Miriyeva Əminə "Su filtri" layihəsi ilə çıxış etmişdir. Layihə münsiflər tərəfində yüksək qiymətləndirilmiş və Həvəsləndirici diplomla təltif olunmuşdur. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev də öz növbəsində şagirdi təbrik etmiş və gələcək işlərində nailiyyətlər arzulamışdır.

Ətraflı

Ana dili xalqın ən böyük sərvətidirMəktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyevanın təşkilatçılığı ilə VI siniflər arasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ana dili xalqın ən böyük sərvətidir “ adlı bilik yarışı həyata keçirildi.

Ətraflı

Xalqa bağışlanan ömürMəktəbin ingilis dili müəllimləri Ülviyyə Mirzəliyeva və Zeynəb Xəlilova tərəfindən 6"Ç" sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ingilis dilində "Xalqa bağışlanan ömür" adlı viktorina keçirilmişdir. Əvvəlcə şagirdlər Ümummilli liderin həyat və yaradıcılığı haqqında qısa video çarx izləmişlər. Daha sonra Ümummilli liderin həyat və yaradıcılığı ilə bağlı ingilis dilində səslənən sualları cavablandırıblar. Viktorina şagirdlərin yüksək marağı ilə müşayiət olunmuşdur. Sonda qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunmuşdur.

Ətraflı

Biz biologiyanı sevərək öyrənirik!Biologiya fənn aylığı çərçivəsində məktəbin şagirdləri öz təşəbbüsləri ilə biologiya kabinetində "Biz biologiyanı sevərək öyrənirik!" başlığı altında canlı güşə təşkil ediblər.

Ətraflı

Bioloqların təqdimatlarıBiologiya fənn aylığı çərçivəsində şagirdlərin fənnə marağı daha da artmışdır. Belə ki, şagirdlər dərsləri maraqla izləyir, bir-biri ilə mövzular ətrafında müzakirələr aparır, dərslərə dair suallar, təqdimatlar və divar qəzetləri hazırlayırlar.

Ətraflı

Kimyaçıların təqdimatlarıMəktəbimizin kimya müəllimi Rəna Şamillinin rəhbərliyi ilə şagirdlərimiz Kimya fənnindən öyrəndikləri nəzəri bilikləri kimya kabinetində praktik olaraq həyata keçirdilər. Süni vulkan reaksiyası, qələvinin alınması və onun təyini, dəmir tozunun yanması, təbii qazın yanması və fil dişi məcunu reaksiyası nümayiş olundu.

Ətraflı

Molla Nəsrəddin - 1777 aprel tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Hüseynovanın təşkilatçılığı ilə 6 "Ç" sinif şagirdləri “Molla Nəsrəddin" jurnalının 177-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Jurnalın yarandığı dövrdə ölkədəki ictimai-siyasi vəziyyət, işıqlandırılan məsələlər, 25 illik fəaliyyəti dövründə ətrafına topladığı ziyalıların əvəzolunmaz fəaliyyətləri şagirdlər tərəfindən bir daha yada salındı. Felyetonlar, satirik şeirlər, çəkilmiş şəkillər, səhnələşdirilmiş satirik dialoqlar tədbiri daha canlı və yaddaqalan etdi. Şagirdlər Cəlil Məmmədquluzadənin təbirincə desək “dövrün özü yaratdığı” “Molla Nəsrəddin” jurnalının bütün dövrlər üçün əhəmiyyətli olmasını, yaratdığı ədəbi məktəbin Azərbaycan mətbuat aləmi, eləcə də mədəniyyət tarixində müstəsna əhəmiyyətini xüsusilə nəzərə çatdırırdılar.

Ətraflı

e-Twinning layihəsi çərçivəsindəMəktəbin 6 "Ç" sinif şagirdləri sinif rəhbərləri Zeynab Xəlilova ilə birlikdə Cultural Heritage Friends adlı eTwinning layihəsində iştirak edirlər. Layihədə bizim məktəblilərlə yanaşı Türkiyədən 9, Portuqaliyadan 4, İtaliyadan 4, Rumıniyadan 4, İspaniyadan 1, Gürcüstandan isə 1 məktəbin şagirdləri qarşılıqlı əməkdaşlıq edirlər. Layihə mənəvi sərvətlərin qorunması, öyrənilməsi və bu işdə muzeylərin əhəmiyyətini tədqiq edir.

Ətraflı

Kiçik Akademiyanın üzvləri Bakı Amerika Mərkəzində ekskursiyada olublarMəktəbin ingilis dili müəllimi Zeynab Xəlilovanın təşkilatçılığı ilə Kiçik Akademiyanın üzvləri Bakı Amerika Mərkəzində səfərdə olublar. Şagirdlər burada Mərkəzin fəaliyyəti ilə tanış olmaqla yanaşı, Amerikanın tarixi və mədəniyyəti ilə bağlı faydalı məlumatlar əldə ediblər. Şagirdlər mərkəzdə ingilis dili biliklərini nümayiş etdirərək Amerika ilə bağlı etdikləri araşdırmalardan danışıblar. Həmçinin şagirdlər Amerika və ingilis dili bilikləri ilə bağlı keçirilən viktorinada iştirak edərək həvəsləndirici hədiyyələr qazanıblar.

Ətraflı

“Şuşa İli”nə həsr olunmuş bilik yarışıQarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Məktəbin Kiçik Akademiyasının “Şuşa İli” ilə bağlı tədbirlər planına müvafiq olaraq 211 nömrəli məktəbdə Nəsimi rayonu məktəbləri üzrə Kiçik Akademiya üzvləri arasında bilik yarışı keçirildi. Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və məktəblərdən qonaqlar və Nəsimi rayonu üzrə məktəblərin 8-9-10-cu sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edirdi. Bir neçə mərhələdən ibarət yarışın sonunda 151 nömrəli məktəbin "Şuşa"komandası I yer, 164 nömrəli məktəbin "Erudit" komandası II yer, 211 nömrəli məktəbin "Cıdır düzü" komandası III yerin qalibi oldu.

Ətraflı

"DÜNYANIN EKOLOJİ PROBLEMLƏRİ VƏ İŞĞALDAN AZAD OLUNMUŞ AZƏRBAYCAN TORPAQLARININ EKOLOJİ VƏZİYYƏTİ"Dekabrın 17-də məktəbin fizika müəllimi Məlikova Aygün və coğrafiya müəllimi Sarıxanlı Yeganənin təşkilatçılığı ilə "Dünyanın ekoloji problemləri və işğaldan azad olunmuş Azərbaycan torpaqlarının ekoloji vəziyyəti" ilə bağlı dəyirmi masa keçirilib. “Dəyirmi masa”nın keçirilməsində məqsəd İstilik mühərriklərinin ətraf mühitə vurduğu zərərlərdən, Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji vəziyyət haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, həmçinin, məktəblilərin ətraf mühitin qorunmasında fəal iştirakının təmin edilməsi, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması olmuşdur.

Ətraflı

Xalq Cumhuriyyəti tarixi öyrənilirMəktəbin Kiçik Akademiya fəalları tərəfindən müsəlman Şərqində 1918-ci ildə yaradılan və ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında edilən araşdırmalar dinlənildi.

Ətraflı

Kiçik Akademiya rəhbərlərinin görüşüNəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərində fəaliyyət göstərən "Kİçik Akademiya" rəhbərlirinin önlayn görüşü təşkil edildi. Görüş zamanı iştirakçılara 211 nömrəli tam orta məktəbin Nəsimi rayonu üzrə mərkəz məktəb təyin edildiyi, eləcə də gələcəkdə əməkdaşlıq edilməsi məqsədilə həyata keçirəcək fəaliyyətlər barədə məlumat verildi. Sonda görüş iştirakçılarının təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

Ətraflı

Lütfi Zadənin 100 illiyi qeyd edildiKiçik Akademiyanın gənc informatikləri fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyət olan Lütfi Zadənin 100 illik yubileyini qeyd etdilər. Onlayn formada təşkil edilən görüşdə dahi alimin həyat və yaradıcılığı barədə etdikləri araşdırmaları əks etdirən təqdimatları nümayiş etdirdilər.

Ətraflı

Fənn olimpiadasında qələbəyə doğruKiçik Akademiyanın üzvləri Respublika fənn olimpiadalarına hazırlıq işlərini davam etdirirlər. Onlardan Nəzrin Nəcəfli - tarix, Əli Rəhimov, Leyla Əhmədova, Raul Yusifov isə riyaziyyat fənni üzrə yarımfinala doğru inamla irəliləyirlər. Fənn müəllimləri istedadlı şagirdlərlə əlavə məşğələlər təşkil edərək onlara metodiki dəstək göstərirlər.

Ətraflı

Qarabağa musiqili səyahətKiçik Akademiyanın "İncəsənət" bloku fəalları və dəvət olunmuş qonaqlar birlikdə musiqi beşiyimiz olan Qarabağa səyahət etdilər. Onlar Qarabağda doğulub, boya-başa çatmış bəstəkarların, xanəndələrin həyat və yaradıcılığı ilə bağlı videoçarxı izlədikdən sonra şagirdlərin hazırladığı təqdimatları dinlədilər. Bütün iştirakçılar bir daha əmin oldular ki, Qarabağ qədim Azərbaycanımızın musiqi beşiyidir, sanki o torpağın suyunu içən, havasını udanların qanı, canı musiqi ilə yoğrulub. Qarabağ torpağından olan insanların belə gözəl musiqi duyumu, gözəl səsi olduğunun şahidi olduqlarını bir daha vurğuladılar. Qarabağa musiqili səyahət isə şairin bu misraları ilə sonlandırılmışdır:

Ətraflı

Məntiq olimpiadasında şagirdlərimizin uğuruKiçik Akademiyanın "Fizika-riyaziyyat" bölməsinin üzvləri Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasında iştirak etdilər. Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək baxımından bu kimi olimpiadalarda uğurla iştirakı üçün əvvəlcədən istedadlı şagirdlərlə müvafiq işlər görülür. Onlardan Məhəmməd Əkbərli V Məntiq Olimpiadasında daha uğurla iştirak edərək qalib olmuşdur.

Ətraflı

Riyaziyyatçı alimlər"Riyaziyyatçı alimlər" mövzusunda (18.12.2019) Kiçik Akademiya üzvlərinin təqdimatları dinlənilmişdir.

Ətraflı

Heyvanlara qarşı humanist davranışBu gün məktəbin 7 "A" sinfində coğrafiya fənn müəllimi Ulduzə Əmirovanın rəhbərliyi ilə "Heyvanlara qarşı humanist davranış" mövzusunda tədbir keçirilmişdir. Toxunulan bu mövzuda əsas məqsəd həm Azərbaycanda, həm də dünya təcrübəsində cəmiyyətin bu məsələyə yanaşma tərzi araşdırılımışdır. Qonaqların və şagirdlərin nəzərinə çatdırılıb ki, Azərbaycanda da kimsəsiz heyvanlar üçün bir sıra müasir sığınacaqlar yaradılıb. Eyni zamanda kimsəsiz heyvanların vaksinasiyası həyata keçirilir, bu heyvanların himayə edilməsi istiqamətində maarifləndirmə işləri aparılır. Qeyd edək ki, Azərbaycanda heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edən "Heyvanlar aləmi haqqında" qanun mövcuddur. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.

Ətraflı

Dayaq-hərəkət sistemi   25 oktyabr tarixində Kiçik Akademiyanın biologiya fənni üzrə VIII sinif şagirdləri "Dayaq-hərəkət sistemi" mövzusunda təqdimat etdilər. Təqdimatın əsas məqsədi şagirdlərə sağlam həyat tərzini aşılamaq, "Dayaq-hərəkət sistemi"ndə baş verən xəstəliklər və onların qorunma üsulları haqqında məlumatların təqdim edilməsi idi.

Ətraflı

18 SENTYABR MİLLİ MUSİQİ GÜNÜ Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi  Üzeyir Hacıbəyovun doğum günüdür. Böyük bəstəkarın doğum gününün əsasını maestro Niyazi qoymuşdur.     Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd eləmişdir. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır.     1995-ci ildə isə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Elə bu münasibətlə də 17.09.2019-cu il tarixində məktəbin musiqi müəllimi İsmayılova Şəlalə və  uşaq birliyinin rəhbəri Şıxıyeva Turanənin rəhbərliyi ilə şagirdlərimiz Fəxri Xiyabanda Üzeyir Hacıbəyovun məzarını ziyarət etmişlər. Bəstəkarın məzarı üzərində Azərbaynanın Dövlət Himni şagirdlərimiz tərəfimdən ifa edilmişdir.     Fəxri Xiyabandan sonra müəllim və şagirdlərimiz bəstəkarın ev muzeyini də ziyarət etmişlər. Ev muzeyinin rəhbəri Rəna xanım şagirdlərimizə Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı ilə bağlı geniş məlumat vermişdir. Onlar dahi bəstəkarın şəxsi əşyalarına tamaşa etmiş, masası üzəridə olan, yarımçıq qalan son əsərinin notlarını böyük maraq və heyranlıqla izləmişlər. Üzeyir Hacıbəyova məxsus özəl əşyaları - yemek masasını, boşqabları, çay içdiyi fincanı, möhtəşəm əsərlərini yazdığı qələmi  uşaqlar böyük maraqla izləmişlər. Bu ziyarət  şagirdlərimizə dahi bəsəkarı daha yaxından tanımaq fürsəti vermişdir.

Ətraflı

Kiçik Akademiyanın açılışı11 oktyabr tarixində "Kiçik Akademiya"nın açılış tədbiri keçirildi. Tədbirdə ötən tədris ilində "Kiçik Akademiya"nın sahəsində görülən işlər, 2019-2020-ci tədris ilində görüləcək işlər haqqında çıxışlar dinlənildi, növbəti il üçün Kiçik akademiyanın illik Fəaliyyət Planı müzakirə edilərək qəbul edildi. 

Ətraflı

Kiçik akademiyanın ilk iclası keçirildi   07 oktyabr 2019-cu il tarixində məktəbdə "Kiçik Akademiya"nın ilk iclası keçirilib. İclasda məktəbin direktoru Həcər Mahmudova, metodbirləşmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər. Burada 2019-2020-ci tədris ili üçün “Kiçik Akademiya”nın məqsədi, vəzifələri, strukturu, fəaliyyət istiqamətləri və idarəetmə orqanları haqqında məlumatlar müzakirə olunub.  

Ətraflı

Kitab bizim evin uzunömürlü üzvüdür"Kitab bizim evin ən uzunömürlü sakinidir” adlı layihə həyata keçirilmişdir. Layihə 4-6-cı sinif şagirdləri arasında həyata keçirilib. Uşaqlar valideynlərilə birgə yaradıcı axtarışa başlayıblar . Axı onlar evlərində və ya nənə-baba evindəki ən köhnə kitabı tapmalı idilər. Layihə zamanı şagirdlərə araşdırma aparmaq üçün belə suallar verilib: kitabın adı, müəllifi, ilk dəfə ailəyə daxil olma tarixi, kitabın mövzusu, ailədə kimlər üçün maraqlıdır və ənənəni kimlər, necə davam etdirir. Layihənin keçirilməsində əsas məqsəd ailədə mütaliə mədəniyyətinin formalaşdırılması və onun daha da möhkəmləndirilməsi idi. Burada uşağın ailə ilə münasibəti vurğulanır, kitab və mütaliənin əhatəsində nəsillərarası dialoq yaranır. Əminliklə demək olar ki, bu layihə uşaqda yalnız bədii ədəbiyyata yox ailə kitabxanalarında olan texniki və ya sorğu kitablarına da böyük maraq yaradacaqdır.

Ətraflı

Kiçik akademıyanın illik hesabatı211, 217 və 298 nömrəli tam orta məktəblərin Kiçik Akademiyalarının fəalları bu gün təcrübə mübadiləsi məqsədilə 211 nömrəli tam orta məktəbdə bir araya gələrək il ərzində apardıqları işlərin hesabatını təqdim etdilər. Təqdimatlara baxış keçirildi və gördükləri işləri müzakirə etdilər. Görüş hər 3 məktəbin şagirdləri üçün səmərəli oldu. İnanırıq ki, əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək və şagirdlərin elmə marağına müsbət təsir göstərəcək.

Ətraflı

İslam mütəfəkkirləri23 may tarixində məktəbdə "İslam mütəfəkkirləri" mövzusunda elm, təhsil, vətənpərvərlik haqqında tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdlərinə islam dininin mənəviyyatımızın əxlaqımızın formalaşmasındakı əhəmiyyətindən geniş şəkildə bəhs olundu. Tarix müəllimi Gülgəz Ağayeva ilə yanaşı uşaqların özləri də peyğəmbərimizin hədislərindən, müsəlman mütəfəkkirlərinin fikirlərində islam dininin vətənpərvərlik, elm və təhsil haqqındakı dəyərli fikirlərini səsləndirdi. Sonda şagirdlər öz çıxışlarında bir daha qeyd etdilər ki,səmavi dinlərin axırıncısı olan islam dini bütün insanların tanrı qarşısında  bərabər olduğunu, insanların bir-birini sevməsini, əqidəsinə hörmətlə yanaşmağını buyurur.

Ətraflı

Şagirdlər “Fab Boya”da  18 may tarixində Bakı şəhəri A.Abdullayev adına 211 nömrəli tam orta məktəbin 6 “B” sinif şagirdləri “FAB Boya və Kimya Sənayesi” MMC-də ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, sınaq prosesləri ilə əyani şəkildə tanış oldular. Şagirdlərə şirkətin keyfiyyət siyasəti və “FAB Akademiyası” laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verildi. Daha sonra FAB Akademiyasının konfrans zalında “FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Sonda şirkət adından ekskursiya iştirakçılarına hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.

Ətraflı

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü 17 may bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bu tarix bütün proqramçıların, sistem administratorların, internet-provayderlərin, veb-dizaynerlərin və informasiya texnologiyası sahəsində fəaliyyət göstərən hər bir şəxsin bayramı hesab olunur.            Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və “rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.             Məktəbin informatika müəllimi Könül Nadirova  məktəblilərlə birlikdə “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü” ilə əlaqədar  tədbir keçirdi.  Tədbirdə məktəbin direktoru, direktor müavini, 240 nömrəli məktəbin müəllim və şagirdləri tamaşaçı qismində iştirak edirdi.             Kiçik Akademiyanın informatikləri dərs ili ərzində keçirdikləri tədbirlərdən ibarət təqdimat nümayiş etdirdilər. Tədbirdə şagirdlər “Sehirlər aləminə səyahət” adlı tamaşa təqdim etdi. 1-ci və 2-ci sinif şagirdlərinin iştirakı tamaşaya xüsusi rəng qatdı.Məktəbin direktoru, direktor müavini  informatika müəllimi şagirdlərin çıxışını dinlədi və dəyərləndirdi, sonda fərqlənən iştirakçılara diplom verildi.Tədbirdə 7 ”B” sinif şagirdləri fəallıqları ilə xüsusi fərqlənirdi.  

Ətraflı

İnsan və canlı təbiət Kiçik Akademiyanın biologiya fənn bloku üzvü Məmmədova Fidan 6 “B” sinif şagirdləri üçün "İnsan və canlı təbiət" mövzusunda maraqlı dərs təqdim etdi. Fidanın bu dərsdə əsas məqsədi insanın təsərrüfat fəaliyyətinin təbiətə təsirinə aid nümunələri şagirdlərə göstərəmək, onların səbəblərini izah etmək və Respublika ərazisində yaşayan canlıların qorunması ilə bağlı olan məlumatları onlara təqdim etmək idi.

Ətraflı

Kiçik Akademiyaçıların təcrübə mübadiləsi211, 245 və 58 nömrəli tam orta məktəblərin Kiçik Akademiyalarının fəalları bu gün təcrübə mübadiləsi məqsədilə 245 nömrəli tam orta məktəbdə bir araya gələrək biologiya fənni üzrə fikir mübadiləsi aparmış, təqdimatlara baxış keçirmiş, görüləcək işləri müzakirə etmişlər. Görüş hər 3 məktəbin şagirdləri üçün səmərəli olmuşdur. İnanırıq ki, əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək və şagirdlərin elmə marağına müsbət təsir göstərəcək.            Uğurlar arzulayırıq!

Ətraflı

Düzgün qidalanaq  Düzgün həyat tərzini məktəblər arasında təbliğ etmək məqsədilə məktəbdə daim tədbir və təqdimatlar təşkil edilir. Düzgün qidalanaq başlıqlı növbəti təqdimatda iştirak edən şagirdlər kimyəvi qarışıqları olan, uzun müddət saxlanılan keyfiyyətsiz qida məhsullarının yerinə meyvə və tərəvəzlə, təbii hazırlanmış ərzaq məhsulları ilə qidalanmanın üstünlüyünü əyani şəkildə nümayiş etdirdilər. Onlar hamını sağlam həyat tərzi keçirməyə dəvət etdilər. 

Ətraflı

Ədəbiyyat muzeyinə ekskursiyaMəktəbin 7 “Ç” sinif şagirdləri ədəbiyyat müəllimi Səfərova Sevincin iştirakı ilə Ədəbiyyat muzeyində oldular.            Şagirdlər muzeydə ədəbiyyatımızın Qədim  kiçik dövrdən müasir dövrə qədər yaşayıb yaratmış şair və yazıçıların həyat və fəaliyyəti ilə tanış oldular. Orada şagirdlərin diqqətini Təbriz xalısı, dahi şair Nizaminin, Nəsiminin əsərlərinə həsr edilmiş illüstrasiyalar cəlb etdi. Şagirdlər şair və yazıçıların şəxsi əşyaları ilə də tanış oldular.            Muzeylə tanışlıq şagirdlərdə ədəbiyyat fənninə marağı bir daha artırdı.

Ətraflı

Dərman bitkiləriBiologiya aylığı çərçivəsində Kiçik Akademiya üzvləri Azərbaycanın dərman bitkiləri haqqında maraqlı təqdimat keçirdilər. "Ayaqlarımızin altındakı yaşıl həkimlər" şüarı altında başlanan tədbirdə vətənimizin qiymətli dərman bitkilərinin faydaları, müxtəlif xəstəliklərin mualicəsində əvəzsiz rolu, onlardan istifadə qaydaları qeyd olundu. "Loğman bitkilər" guşəsi xüsusi marağa səbəb oldu.

Ətraflı

TelekörpüBu gün Kicik Akademiyanın humanitar blokunda məktəbin 6 “E” sinfi ilə 159 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri arasında Skype telekörpü əlaqəsi qurulub. Məktəbin ingilis dili muəllimi Sevinc Əliyeva və 159 saylı tam orta məktəbin ingilis dili müəllimi Aidə Seyidovanın bu tədbiri birgə həyata keçirməkdə əsas məqsədləri şagirdlərin kommunikativ bacarıqlarını və ingilis dilində danişıq kompleksini aradan qaldırmaq idi. Şagirdlər telekörpü zamanı özlərini ingilis dilində təqdim edib, bir-birlərinə suallar verdilər. 

Ətraflı

Əyləncəli fizikaMəktəbin fizika müəllimi Aygün Məlikova Kiçik Akademiyanın fəal üzvlərinin iştirakı ilə "Əyləncəli fizika" tədbiri keçirdi. Tədbirdə şagirdlərin hazırladığı fizika təcrübələri nümayiş olundu. Təcrübələr "Atmosfer təzyiqi" və "İşıq hadisəri" mövzularını əhatə edirdi. Məqsəd şagirdlərin daha praktik biliklərə yiyələnməsi, fizika fənninə marağın artırılması, şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələri sərbəst təhlil etmə bacarıqlarının formalaşması idi.

Ətraflı

Məktəbdə görüşÖtən günlərdə Kiçik Akademiyamızın humanitar blokunun fəalları Azərbaycan Dillər Universitetində qonaq olmuşdular. Bu gün isə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev,  əlavə təhsil və təcrubə fakültəsinin dekanı, dosent Məmməd İsmayılov məktəbimizin qonağı oldular.          Görüş zamanı professor Əfqan Abdullayev 7 ”C” sinif şagirdləri üçün ingilis dili bacarıqlarını necə inkişaf etdirmələri istiqamətində seminar təşkil etdi. O, şagirdləri maraqlandıran sualları cavablandıraraq onlara tövsiyələrini verdi, sonra isə şagirdlər qazandıqları uğurlarla qonaqları tanış etdilər.          Görüşün sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkildi. Şagirdlər və qonaqlar bu görüşdən gözəl təəssüratlarla ayrıldılar.

Ətraflı

C.Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsinin müzakirəsi  Məktəbin 6 “B” və 6 “Ç” sinif şagirdləri C.Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsini mütaliə edib, müzakirəsini həyata keçirdilər. Mütəmadi həyata keçirilən bədii əsərlərin müzakirəsi şagirdlərin təxəyyülünün, təfəkkür və nitqinin inkişaf etdirilməsində, onların mənəvi aləminin formalaşmasında və həmçinin mütaliə vərdişlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır.           Şagirdlər müzakirə zamanı əsərin ideyasını, yazıçı niyyətini müəyyən etməyə və ona münasibət bildirməyə çalışdılar. Əsərdə xalqımızın milli-mənəvi dəyərlərini xas olan xüsusiyyətlərə subyektiv münasibətlərini bildirdilər. Hadisələrin ardıcıllığını gözləməklə əsərin məzmununu dolğun şəkildə ifadə edən şagirdlər bu gün də sevilə-sevilə oxunan bu əsərin bədii xüsusiyyətlərlə zəngin olduğunu müəyyənləşdirdilər.

Ətraflı

Zooloji muzeyə ekskursiyaMəktəbin şagirdləri bu gün AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzeydə ekskursiyada oldular.            XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və xarici ölkə alimləri tərəfindən Respublikanın faunası öyrənilərkən əldə edilən nümunələr Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları şəkilində toplanması, saxlanması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi İnstitutda Zooloji Muzeyin yaradılması üçün zəmin olmuşdur.           Zooloji muzeyin əsas məqsədi, həm Azərbaycan faunasının biomüxtəlifliyini öyrənmək, ayrı - ayrı təsnifat qruplarına aid olan canlıların biologiyasını, ekologiyasını, biosferdə rolunu tədqiq etmək, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin qorunması üçün mühafizə tədbirlərini hazırlamaq və bu təklifləri müvafiq qurumlara təklif etmək, həm də muzeyin ekspozisiya və kolleksiya fondunu qoruyub saxlamaq və inkişaf etdirmək, geniş əhali kütlələrinə zooekoloji biliklər vermək və onlarda ekoloji tərbiyəni formalaşdırmaqdır.        Şagirdlər bu ekskursiyada Azərbaycanın faunası haqqında çoxlu maraqli biliklər əldə etdilər və özlərində qeydlər apardılar.

Ətraflı

Elektro maqnit dalğalarıMəktəbin fizika müəllimləri Məlikova Aygün və Məmmədova Günayın rəhbərliyi ilə 9-cu sinif şagirdlərinin iştirakı ilə "Elektromaqnit dalğaları" mövzusunda təqdimat keçirildi. Şagirdlərin elektromaqnit dalğaları, infraqırmızı və ultrabənövşəyi şüalanmalar haqqında araşdırmaları təqdim olundu. İştirakçılar elektromaqnit dalğaları barədə geniş məlumat əldə etdilər.

Ətraflı

Radiasiya Problemləri İnstitutuna ekskursiyaMəktəbin 7-ci və 8-ci sinif şagirdlərindən ibarət Kiçik Akademiya fəallarının iştirakı ilə Radiasiya Problemləri İnstitutuna ekskursiya təşkil olundu. Ekskursiyaya məktəbin fizika müəllimi Məlikova Aygün rəhbərlik edirdi. Şagirdlər "Radiasiyanın bioloji təsiri" seminarında iştirak etdilər.             Seminarda AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Nadir qızı Mehdiyeva və AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Cəmalə Rafiq qızı Orucova çıxış etdilər. Sonra şagirdlər Radiasiya Problemləri İnstitutunun elmi tədqiqat laboratoriyaları ilə tanış oldular.             Ekskursiya müddətində şagirdlər radiasiya, radiasiyanın canlılara təsiri, radiasiyadan dinc məqsədlər üçün necə istifadə olunması haqqında bir çox elmi məlumatlar aldılar.

Ətraflı

BalıqlarMəktəbin biologiya müəllimi Münəvvər Məmmədovanın rəhbərliyi ilə Kiçik Akademiyanın fəalları "Balıqlar" mövzusunda təqdimat etdilər. Kiçik akademiyanın fəalları balıq üzərində təcrübə apararaq topladıqları məlumatları təqdim etdilər. Laboratoriyada təcrübənin aparılmasında məqsəd şagirdlərin laboratoriya şəraitində sərbəst işləməsini təmin etmək, düşünmə qabiliyyətini, dünyagörüşünü artırmaq idi.

Ətraflı

Bilik yarışıTəbiət fənləri aylığı çərçivəsində bu gün biologiya fənni üzrə 7-ci sinif şagirdləri arasında "Bilik yarışı" keçirildi. Yarış 4 mərhələdən ibarət idi:1-ci mərhələ "Bilirsinizmi?", 2-ci mərhələ "Tapın görək", 3-cü mərhələ "Nə üçün?", 4-cü mərhələ isə "Diqqət!" adlanırdı. Yarışı keçirməkdə məqsəd şagirdlərdə biologiyaya fənninə maraq oyatmaq, onları daim axtarışda olmağa sövq etmək, canlılar haqqında maraqlı məlumatlar toplamaq idi. Sonda fəal iştirakçılara təşəkkürnamə verildi.

Ətraflı

Alimlər və kəşflər Fizika müəllimlərinin rəhbərliyi ilə məktəbdə "Alimlər və kəşflər" mövzusunda təqdimat keçirildi. Kiçik akademiyanın fəalları araşdırdıqları və topladıqları məlumatlar təqdim etdilər. Məqsəd şagirdlərin düşünmə qabiliyyətini artırmaq, sərbəst çıxış etmə bacarığını formalaşdırmaq, dünyagörüşünü artırmaq idi.

Ətraflı

Xarici dili necə öyrənirik Kiçik Akademiya çərçivəsində ingilis dili müəllimi Əliyeva Sevincin rəhbərliyi ilə "Technology of the 21-st Century and Old Devices"  adlı layihə kecirilmişdir. Layihədə kicik akademiya üzvləri: 8 "D" sinfinin şagirdləri İmanlı Nəzrin və Məmmədli Münəvvər layihə ilə bağlı məruzələr ilə çıxış etdilər. İmanlı Nəzrin Power Point proqramı ilə mövzuya uyğun slaydlar hazırlamışdı. Layihənin sonunda şagirdlər yeni texnologiyaların köhnə avadanlıqlarla  müqayisəsini və  üstünlükərini müzakirə edərək xarici dildə danişıq bacarıqlarını inkişaf etdirməyə çalışdılar.

Ətraflı

Qarabağ qazisi Kamil Musəvi ilə görüşBaş Leytenantı Kamil Musəvinin görüşü keçirildi.Görüş şagirdlərdə ən vacib duyğu olan vətənpərvərlik duyğusunu aşılamaq, formalaşdırmaq məqsədi daşıyırdı. Tədbirdə ürəklərdə əbədiyaşar insan H.Əliyevin həyat yolundan danışıldı, hərbi hissələrə səfəri zamanı hərbçilərlə, əsgərlərlə səmimi söhbətini əks etdirən kadrlar nümayiş etdirildi.Döyüş tapşırığını yerinə yetirən zaman xəsarət almış K.Musəvi keçdiyi döyüş yolundan söhbət açdı.Qarabağ qazisi şagirdlərin diqqətinə çatdırdı ki,Vətəni sevməyin ,Vətəni qorumağın başlıca yolu dərin biliklərə yiyələnib Vətən üçün savadlı kadr kimi yetişməkdədir.

Ətraflı

Fizika modelləriMəktəbdə "Fizika modelləri" adlı sərgi keçirildi. Sərgi kiçik akademiya fəallarının əl işlərindən ibarət idi. Şagirdlərin içərisində 7 “C” sinif şagirdi Şirininov Ağaməmmədin müxtəlif ləvazimatları kəsmək üçün hazırladığı qurğu xüsusi diqqət cəlb etdi. Fizika fənninə marağı artırmaq, şagirdlərin bilik, bacarıq və istedadlarını üzə çıxarmaqda belə sərgilərin keçirilməsi müsbət nəticələr verir.

Ətraflı

Gənc kimyaçılarŞagirdlər arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsində hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək.

Ətraflı

Təbiət hadisələri və təbiətin mühafizəsiCoğrafiya fənn bloku üzrə Kiçik Akademiya üzvləri bir araya gələrək təhqiqatlarını təqdim etdilər. Mövzu “Təbiət hadisələri və təbiətin mühafizəsi” idi. Şagirdlər təbii fəlakətlər: vulkan, zəlzələ, torpaq sürüşmələri və s. haqqında apardıqları təhqiqatın nəticəsi olaraq hazırladıqları təqdimatları maraqlı şəkiıdə nümayiş etdirdilər. Tədbir coğrafiya fənninə marağın artırılması, şagirdlərin təbii fəlakətlər haqqında yeni biliklərə yiyələnməsi, ən başlıcası isə təbiəti qorumağın vacibliyi barədə maarifləndirmə işində mühüm addımlar atılmasına xidmət etdi. Balaca akademiklər “Təbiəti qorumaq üçün nə etməliyik?” sualına cavab olaraq maraqlı fikirlər irəli sürdülər, ağac əkməyin faydalarından söz açdılar, ekologiyaya ziyan vura biləcək ən incə məqamlardan bəhs etdilər. “Məktəbin həyətindən başlamalıyıq” şüarı ilə çıxış edərək gözəl planetimizi daha da gözəlləşdirməyə çalışacaqlarına söz verdilər.

Ətraflı

Dünya dahilərsiz ötüşmürK.A.-da informatika müəllimi Könül Nadirovanın rəhbərliyi ilə "Dünya dahilərsiz ötüşmür"adlı tədbir keçirilib. Tədbir dünya şöhrətli Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) - azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisinin doğum gününə həsr edilmişdi. Tədbir çərçivəsində bir qrup şagird alimin I fəxri xiyabandakı qəbirüstü abidəsini ziyarət ediblər. Tədbirdə şagirdlər alimin həyat və elmi fəaliyyətinə həsr edilmiş referatlar, "Informasiya cəmiyyəti", "Kompüterin nəsilləri" mövzusunda hazırladıqları elektron təqdimatları nümayiş etdirdilər.

Ətraflı

Maqnit qasırğasıFizika müəllimlərinin rəhbərliyi ilə 9-cu sinif şagirdləri "Maqnit qasırğası" mövzusunda təqdimatlar etdilər. Şagirdlər günəş partlayışları, maqnit qasırğası, ozon təbəqəsi, Van-Allen qurşaqlarının rolu, maqnit qasırğasının insan orqanizminə, texnikaya, ətraf mühitə təsiri, bu təsirlərdən necə qorunmaq olar, hətta digər planetlərdə maqnit qasırğası haqqında araşdırmalarını təqdim etdilər. Onlar bu təbii fəlakətdən qorunmağın yolları haqqında fikir mübadiləsi etdilər.

Ətraflı

Qan xəstəlikləriK.A.-da 8-ci sinif şagirdlərinin “Qan xəstəlikləri” mövzusunda təqdimatları oldu.        Təqdimatın əsas məqsədi günümüzün bəlası olan irsi qan xəstəlikləri haqqında, onun müayinəsi, müalicəsi və genetik olaraq nəsildən-nəslə ötürülmə formaları haqqında araşdırmalar aparmaq idi.

Ətraflı

Nizami Gəncəvi xəzinəsindən bir dürr çıxaraq Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Bu səbəbdən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyeva 6 və 8-ci sinif şagirdləri ilə dahi şairin "Yeddi gözəl" poemasından "Fitnə" hekayəsinin müzakirəsini keçirdi. Mütaliənin əvəzsiz xəzinə olduğunu qiymətləndirən sagirdlər bu əsəri də sevə-sevə oxuyub fikir mübadiləsi apardılar. Nizaminin hökmdarı uzaqgörən, həyatı gözəl dərk edən kəniz Fitnə ilə qarsılaşdırmasının səbəbini izah etməyə çalışdılar. Əsərdən bir parçanı səhnələşdirdikdən sonra "Fitnə" cizgi filmini izlədilər. Hekayədəki əsas fikir və ideyanı müəyyənləşdirərək obrazlardakı başlıca xüsusuiyyətləri sadaladılar. Nəticədə şagirdlər belə müzakirələrin onlar üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb mütaliəninin insanı düzgün formalaşdıran ən vacib amil olduğu qənaətinə gəldilər.

Ətraflı

Ədəbiyyat biliciləri"Ədəbiyyat biliciləri" müsabiqəsi həyata keçirildi. Müsabiqədə Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, mütaliə etməyi sevən VIII-XI sinif şagirdləri tərtib edilmiş sorgu vərəqlərindəki müvafiq sualları yazılı şəkildə cavablandırdılar.Oxunmuş əsərlərin onlarda yaratdığı təəssüratları qeyd etdilər. Sonda ortaq əsər mütaliə edən şagirdlər "Obrazlar xəritəsi" ndə əsər qəhrəmanlarına xas xüsusiyyətləri: mənfi və müsbət keyfiyyətləri müzakirə etdilər.

Ətraflı

İngilis dilini sevərək öyrənirikKiçik Akademiyanin nəzdində 5-ci sinif sagirdləri arasında ingilis dilində “Spelling Bee” müsabiqəsi keçirildi. İngilis dili müəllimlərinin münsiflər heyətliyi ilə həyata keçirilmiş bu müsabiqədə şagirdlər sözləri hərf-hərf deyib yarışdılar. Yarışmanın məqsədi şagirdlərdə ingilis dilində sözlərin düzgün və cəld hərfləmə bacarığının inkişaf etdirilməsi, söz ehtiyatlarının dərsdən kənar fəaliyyətlərdə çoxalması və ən əsası, əyləncə və dostluq mühitində yoldaşlarıyla rəqabət aparma bacarığının formalaşmasıdır.

Ətraflı

Elm ağılın çırağıdır211 nömrəli tam orta məktəbdə 31.10.2018-ci il tarixdə Kiçik Akademiya yaradılmışdır. Akademiyanın şüarı “Elm ağılın çırağıdır”. Akademiya daxilində humanitar, təbiət, fizika-riyaziyyat bölmələri fəaliyyət göstərir. "Kiçik Akademiya"nın prezidenti məktəbin biologiya müəllimi Əhmədova Ramilə Ramiz qızıdır. Akademiyadan 6-cı siniflər üzrə - 20 , 7-ci siniflər üzrə - 17 , 8-ci siniflər üzrə - 13, 9-cu siniflər üzrə - 20 , 10-cu siniflər üzrə -5 nəfər şagird faydalanır. Fəaliyyətə başladığı müddətin az olmasına baxmayaraq 31 yanvar 2019-cu il tarixədək Akademiya daxilində icra olunan fəaliyyətlər bunlardır: Coğrafiya fənni üzrə: " Sürüşmələr" və "Zəlzələlər" mövzusunda təqdimatlar, Tarix fənni üzrə məktəblərarası bilik yarışı, Azərbaycan dili fənni üzrə "Dilimiz-varlığımız" mövzusunda elmi-praktik konfrans, biologiya fənni üzrə " Qan xəstəlikləri" mövzusunda təqdimatlar, kimya fənni üzrə "Energetik içkilər" mözusunda təqdimatlar, tarix fənni üzrə Qarabağ qazisi K.Musəvi ilə görüş, informatika fənni üzrə məktəblərarası beynəlxalq onlayn şahmat yarışı, fizika fənni üzrə " Maqnit qasırğası " mövzusunda təqdimatlar təşkil edilmişdir. Gələvəkdə Akademiyanın fəaliyyətinin daha da inkişaf etdirilməsi, daha çox şagirdin cəlb edilməsi, eləcə də Coğrafiya və Biologiya fənni üzrə araşdırma və ekskursiyalar, riyaziyyat fənni üzrə "Məntiq" bilik yarışı, fizika fənni üzrə "Əyləncəli fizika" tədbiri, Humanitar blok üzrə şair və yazıçılarla görüşlərin təşkili, KA istiqamətində məktəblərarası təcrübə mübadiləsi, digər fənn bloklarının yaradılması nəzərdə tutulmuşdur.

Ətraflı
HAQQIMIZDA

211 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir. Məktəb şəhid Akif Abdullayevin adını daşıyır....

BİZİM FƏXRLƏRİMİZ

Davud Muradov Rəfail

Elman Ağayev Elşən

HAQQIMIZDA

211 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir. Məktəb şəhid Akif Abdullayevin adını daşıyır....

BİZİM FƏXRLƏRİMİZ

Davud Muradov Rəfail

Elman Ağayev Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi