Məktəbdə görüş

Ötən günlərdə Kiçik Akademiyamızın humanitar blokunun fəalları Azərbaycan Dillər Universitetində qonaq olmuşdular. Bu gün isə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev,  əlavə təhsil və təcrubə fakültəsinin dekanı, dosent Məmməd İsmayılov məktəbimizin qonağı oldular.          Görüş zamanı professor Əfqan Abdullayev 7 ”C” sinif şagirdləri üçün ingilis dili bacarıqlarını necə inkişaf etdirmələri istiqamətində seminar təşkil etdi. O, şagirdləri maraqlandıran sualları cavablandıraraq onlara tövsiyələrini verdi, sonra isə şagirdlər qazandıqları uğurlarla qonaqları tanış etdilər.          Görüşün sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkildi. Şagirdlər və qonaqlar bu görüşdən gözəl təəssüratlarla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi