HAQQIMIZDA

211 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir. Məktəb şəhid Akif Abdullayevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, məktəb üçün 2008-ci ildə 200 yerlik əlavə korpus tikilmiş, 2013-cü ildə əsas korpus əsaslı təmir edilmişdir. Məktəb 1200 yerlikdir. Məktəbdə 50 sinif otağı, kimya, biologiya, fizika, informatika, gənclərin çağırışaqədər hərbi hazırlıq kabinetləri, laboratoriyalar, idman zalı, akt zalı, kitabxana, tibb otağı, bufet fəaliyyət göstərir. Məktəbdə 104 müəllim, 1 nəfər psixoloq, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri şagirdlərin təlim və tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 94 nəfər ali, 10 nəfər isə orta ixtisas təhsillidir. Müəllimlərimizdən bir nəfəri xarici dillər üzrə elmlər namizədidir. Məktəbdə 68 sinifdə 1951 şagird təhsil alır. Onlardan 1208 nəfəri Azərbaycan, 745 nəfəri isə rus bölməsində təhsil alır. 144 şagird isə məktəbəhazırlıq qrupunda oxuyur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi