FƏXRİMİZ

       Akif İsgəndər oğlu Abdullayev 1962-ci ilin dekabrında Bakıda dünyaya göz açıb. 1969-1979-cu illərdə 211 saylı tam orta məktəbdə təhsil almışdır. Daha sonra təhsilini 81 saylı texniki peşə məktəbində davam etdirmişdir.
       Orduda xidmət borcunu 1981-82-ci illərdə Uzaq Şimalın Severodvinsk şəhərində hərbi donanmada yerinə yetirmişdir. Əsgəri xidmətdən qayıtdıqdan sonra Bakıda 1983-cü ildə milis-mühafizə sistemində xidmətə başlayır. 1987-ci ildə Daxili işlər Nazirliyi sistemində işə qəbul olunur. Polis serjantı Akif Abdullayev Dövlət Universitetinin Tarix fakültəsinin qiyabi şöbəsində təhsilini davam etdirirdi.
       Vətən torpaqlarının erməni işğalçılarından azad edilməsi arzusu onu 1991-ci ilin avqustunda Goranboy cəbhəsinə gətirdi. Bu rayonun Buzluq kəndini düşməndən azad etmək uğrunda qanlı döyüş 8 saat davam etdi. Bu döyüşdə xüsusi igidlik göstərən Akif 1991-ci ilin 18 avqustunda qəhrəmancasına həlak oldu. Ölümündən sonra “hərbi xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Yasamaldakı “Fəxri Xiyabanda” dəfn edilmişdir.

       Evli idi. Həyat yoldaşı Gülnarə xanım Bakı şəhəri 5 №li tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində işləyir, yeganə övladı Günel məktəbimizin məzunu olmuşdur. Ali təhsillidir.

       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il 124 №li qərarına əsasən vaxtı ilə təhsil aldığı 211 saylı orta məktəb Akif Abdullayevin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi