
- Həcər Mahmudova Məhiyəddin
- Vəzifə: Direktor
- Fənn: İnformatika
- Bitirdiyi təhsil müəssisəsi: ADPU
- Təvəllüd: 06.09.1967
- İlk fəaliyyət ili: 02.09.1996
- E-mail: [email protected]
Pedaqoji fəaliyyətə Füzuli rayonu 48 nömrəli tam orta məktəbdə informarika müəllimi kimi başlamışdır. Bir sıra konfransların, innovativ kurs və layihələrin fəal iştirakçısı olmuşdur. İnformatika fənni üzrə kurikulum təlimçisi işləmişdir. Füzuli rayonu icra hakimiyyəti tərəfindən "Təhsil sistemindəki səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə" Fəxri Fərmanla təltif olunmuşdur. 2013-cü ildə Bakı şəhəri pedaqogi kadrların ixtisasartırma İnstitunda ixtisası üzrə saathesabı müəllim olaraq fəaliyyət göstərmişdir. 2014-cü ildə Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Bu günün və sabahın direktorları" təlim kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı" almışdır. Hazırda "Təhsilin idarəedilməsi və planlaşdırılması" ixtisası üzrə doktorantura təhsili alır.
12.09.2014-cü il tarixdə N.Babayev adına 144 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Rəhbərlik etdiyi müddət ərzində 144 nömrəli tam orta məktəb IX sinif buraxılış imtahan nəticələrinə görə dəfələrlə yüksək nəticələri ilə fərqlənmiş, eləcə də I Qrant müsabiqəsində məktəb və fərdi müəllim nominasiyaları üzrə qalib olmuşdur. 10 oktyabr 2018-ci il tarixdən isə Bakı şəhəri A.Abdullayev adına 211 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir.