Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq məktəbin 8 "B" sinif şagirdləri biologiya dərsində topladıqları məlumatlardan istifadə edərək divar qəzetləri hazırlayıblar. Şagirdlər həmçinin dərs zamanı təbiəti qorumaq üçün evdə və məktəbdə nələr etdiklərini bildiriblər.