Dünya dahilərsiz ötüşmür
K.A.-da informatika müəllimi Könül Nadirovanın rəhbərliyi ilə "Dünya dahilərsiz ötüşmür"adlı tədbir keçirilib. Tədbir dünya şöhrətli Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) - azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisinin doğum gününə həsr edilmişdi.
Tədbir çərçivəsində bir qrup şagird alimin I fəxri xiyabandakı qəbirüstü abidəsini ziyarət ediblər.
Tədbirdə şagirdlər alimin həyat və elmi fəaliyyətinə həsr edilmiş referatlar, "Informasiya cəmiyyəti", "Kompüterin nəsilləri" mövzusunda hazırladıqları elektron təqdimatları nümayiş etdirdilər.