“Şuşa İli”nə həsr olunmuş bilik yarışı

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Məktəbin Kiçik Akademiyasının “Şuşa İli” ilə bağlı tədbirlər planına müvafiq olaraq 211 nömrəli məktəbdə Nəsimi rayonu məktəbləri üzrə Kiçik Akademiya üzvləri arasında bilik yarışı keçirildi. Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və məktəblərdən qonaqlar və Nəsimi rayonu üzrə məktəblərin 8-9-10-cu sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edirdi. Bir neçə mərhələdən ibarət yarışın sonunda 151 nömrəli məktəbin "Şuşa"komandası I yer, 164 nömrəli məktəbin "Erudit" komandası II yer, 211 nömrəli məktəbin "Cıdır düzü" komandası III yerin qalibi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi