Şagirdlər “Fab Boya”da

  18 may tarixində Bakı şəhəri A.Abdullayev adına 211 nömrəli tam orta məktəbin 6 “B” sinif şagirdləri “FAB Boya və Kimya Sənayesi” MMC-də ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, sınaq prosesləri ilə əyani şəkildə tanış oldular. Şagirdlərə şirkətin keyfiyyət siyasəti və “FAB Akademiyası” laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verildi. Daha sonra FAB Akademiyasının konfrans zalında “FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Sonda şirkət adından ekskursiya iştirakçılarına hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi