Kiçik Akademiyanın üzvləri Bakı Amerika Mərkəzində ekskursiyada olublar
Məktəbin ingilis dili müəllimi Zeynab Xəlilovanın təşkilatçılığı ilə Kiçik Akademiyanın üzvləri Bakı Amerika Mərkəzində səfərdə olublar. Şagirdlər burada Mərkəzin fəaliyyəti ilə tanış olmaqla yanaşı, Amerikanın tarixi və mədəniyyəti ilə bağlı faydalı məlumatlar əldə ediblər. Şagirdlər mərkəzdə ingilis dili biliklərini nümayiş etdirərək Amerika ilə bağlı etdikləri araşdırmalardan danışıblar. Həmçinin şagirdlər Amerika və ingilis dili bilikləri ilə bağlı keçirilən viktorinada iştirak edərək həvəsləndirici hədiyyələr qazanıblar.