C.Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsinin müzakirəsi

  Məktəbin 6 “B” və 6 “Ç” sinif şagirdləri C.Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsini mütaliə edib, müzakirəsini həyata keçirdilər. Mütəmadi həyata keçirilən bədii əsərlərin müzakirəsi şagirdlərin təxəyyülünün, təfəkkür və nitqinin inkişaf etdirilməsində, onların mənəvi aləminin formalaşmasında və həmçinin mütaliə vərdişlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır.           Şagirdlər müzakirə zamanı əsərin ideyasını, yazıçı niyyətini müəyyən etməyə və ona münasibət bildirməyə çalışdılar. Əsərdə xalqımızın milli-mənəvi dəyərlərini xas olan xüsusiyyətlərə subyektiv münasibətlərini bildirdilər. Hadisələrin ardıcıllığını gözləməklə əsərin məzmununu dolğun şəkildə ifadə edən şagirdlər bu gün də sevilə-sevilə oxunan bu əsərin bədii xüsusiyyətlərlə zəngin olduğunu müəyyənləşdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi