Kitab bizim evin uzunömürlü üzvüdür

"Kitab bizim evin ən uzunömürlü sakinidir” adlı layihə həyata keçirilmişdir. Layihə 4-6-cı sinif şagirdləri arasında həyata keçirilib. Uşaqlar valideynlərilə birgə yaradıcı axtarışa başlayıblar . Axı onlar evlərində və ya nənə-baba evindəki ən köhnə kitabı tapmalı idilər. Layihə zamanı şagirdlərə araşdırma aparmaq üçün belə suallar verilib: kitabın adı, müəllifi, ilk dəfə ailəyə daxil olma tarixi, kitabın mövzusu, ailədə kimlər üçün maraqlıdır və ənənəni kimlər, necə davam etdirir. Layihənin keçirilməsində əsas məqsəd ailədə mütaliə mədəniyyətinin formalaşdırılması və onun daha da möhkəmləndirilməsi idi. Burada uşağın ailə ilə münasibəti vurğulanır, kitab və mütaliənin əhatəsində nəsillərarası dialoq yaranır. Əminliklə demək olar ki, bu layihə uşaqda yalnız bədii ədəbiyyata yox ailə kitabxanalarında olan texniki və ya sorğu kitablarına da böyük maraq yaradacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi