Radiasiya Problemləri İnstitutuna ekskursiya

Məktəbin 7-ci və 8-ci sinif şagirdlərindən ibarət Kiçik Akademiya fəallarının iştirakı ilə Radiasiya Problemləri İnstitutuna ekskursiya təşkil olundu. Ekskursiyaya məktəbin fizika müəllimi Məlikova Aygün rəhbərlik edirdi. Şagirdlər "Radiasiyanın bioloji təsiri" seminarında iştirak etdilər.             Seminarda AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Nadir qızı Mehdiyeva və AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Cəmalə Rafiq qızı Orucova çıxış etdilər. Sonra şagirdlər Radiasiya Problemləri İnstitutunun elmi tədqiqat laboratoriyaları ilə tanış oldular.             Ekskursiya müddətində şagirdlər radiasiya, radiasiyanın canlılara təsiri, radiasiyadan dinc məqsədlər üçün necə istifadə olunması haqqında bir çox elmi məlumatlar aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi