Nizami Gəncəvi xəzinəsindən bir dürr çıxaraq 

Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Bu səbəbdən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyeva 6 və 8-ci sinif şagirdləri ilə dahi şairin "Yeddi gözəl" poemasından "Fitnə" hekayəsinin müzakirəsini keçirdi. Mütaliənin əvəzsiz xəzinə olduğunu qiymətləndirən sagirdlər bu əsəri də sevə-sevə oxuyub fikir mübadiləsi apardılar. Nizaminin hökmdarı uzaqgörən, həyatı gözəl dərk edən kəniz Fitnə ilə qarsılaşdırmasının səbəbini izah etməyə çalışdılar. Əsərdən bir parçanı səhnələşdirdikdən sonra "Fitnə" cizgi filmini izlədilər. Hekayədəki əsas fikir və ideyanı müəyyənləşdirərək obrazlardakı başlıca xüsusuiyyətləri sadaladılar. Nəticədə şagirdlər belə müzakirələrin onlar üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb mütaliəninin insanı düzgün formalaşdıran ən vacib amil olduğu qənaətinə gəldilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi