Heyvanlara qarşı humanist davranış

Bu gün məktəbin 7 "A" sinfində coğrafiya fənn müəllimi Ulduzə Əmirovanın rəhbərliyi ilə "Heyvanlara qarşı humanist davranış" mövzusunda tədbir keçirilmişdir. Toxunulan bu mövzuda əsas məqsəd həm Azərbaycanda, həm də dünya təcrübəsində cəmiyyətin bu məsələyə yanaşma tərzi araşdırılımışdır. Qonaqların və şagirdlərin nəzərinə çatdırılıb ki, Azərbaycanda da kimsəsiz heyvanlar üçün bir sıra müasir sığınacaqlar yaradılıb. Eyni zamanda kimsəsiz heyvanların vaksinasiyası həyata keçirilir, bu heyvanların himayə edilməsi istiqamətində maarifləndirmə işləri aparılır. Qeyd edək ki, Azərbaycanda heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edən "Heyvanlar aləmi haqqında" qanun mövcuddur. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi