Fənn olimpiadasında qələbəyə doğru
Kiçik Akademiyanın üzvləri Respublika fənn olimpiadalarına hazırlıq işlərini davam etdirirlər. Onlardan Nəzrin Nəcəfli - tarix, Əli Rəhimov, Leyla Əhmədova, Raul Yusifov isə riyaziyyat fənni üzrə yarımfinala doğru inamla irəliləyirlər. Fənn müəllimləri istedadlı şagirdlərlə əlavə məşğələlər təşkil edərək onlara metodiki dəstək göstərirlər.