Elm ağılın çırağıdır

211 nömrəli tam orta məktəbdə 31.10.2018-ci il tarixdə Kiçik Akademiya yaradılmışdır. Akademiyanın şüarı “Elm ağılın çırağıdır”. Akademiya daxilində humanitar, təbiət, fizika-riyaziyyat bölmələri fəaliyyət göstərir. "Kiçik Akademiya"nın prezidenti məktəbin biologiya müəllimi Əhmədova Ramilə Ramiz qızıdır. Akademiyadan 6-cı siniflər üzrə - 20 , 7-ci siniflər üzrə - 17 , 8-ci siniflər üzrə - 13, 9-cu siniflər üzrə - 20 , 10-cu siniflər üzrə -5 nəfər şagird faydalanır. Fəaliyyətə başladığı müddətin az olmasına baxmayaraq 31 yanvar 2019-cu il tarixədək Akademiya daxilində icra olunan fəaliyyətlər bunlardır: Coğrafiya fənni üzrə: " Sürüşmələr" və "Zəlzələlər" mövzusunda təqdimatlar, Tarix fənni üzrə məktəblərarası bilik yarışı, Azərbaycan dili fənni üzrə "Dilimiz-varlığımız" mövzusunda elmi-praktik konfrans, biologiya fənni üzrə " Qan xəstəlikləri" mövzusunda təqdimatlar, kimya fənni üzrə "Energetik içkilər" mözusunda təqdimatlar, tarix fənni üzrə Qarabağ qazisi K.Musəvi ilə görüş, informatika fənni üzrə məktəblərarası beynəlxalq onlayn şahmat yarışı, fizika fənni üzrə " Maqnit qasırğası " mövzusunda təqdimatlar təşkil edilmişdir. Gələvəkdə Akademiyanın fəaliyyətinin daha da inkişaf etdirilməsi, daha çox şagirdin cəlb edilməsi, eləcə də Coğrafiya və Biologiya fənni üzrə araşdırma və ekskursiyalar, riyaziyyat fənni üzrə "Məntiq" bilik yarışı, fizika fənni üzrə "Əyləncəli fizika" tədbiri, Humanitar blok üzrə şair və yazıçılarla görüşlərin təşkili, KA istiqamətində məktəblərarası təcrübə mübadiləsi, digər fənn bloklarının yaradılması nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi