İslam mütəfəkkirləri

23 may tarixində məktəbdə "İslam mütəfəkkirləri" mövzusunda elm, təhsil, vətənpərvərlik haqqında tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdlərinə islam dininin mənəviyyatımızın əxlaqımızın formalaşmasındakı əhəmiyyətindən geniş şəkildə bəhs olundu. Tarix müəllimi Gülgəz Ağayeva ilə yanaşı uşaqların özləri də peyğəmbərimizin hədislərindən, müsəlman mütəfəkkirlərinin fikirlərində islam dininin vətənpərvərlik, elm və təhsil haqqındakı dəyərli fikirlərini səsləndirdi. Sonda şagirdlər öz çıxışlarında bir daha qeyd etdilər ki,səmavi dinlərin axırıncısı olan islam dini bütün insanların tanrı qarşısında  bərabər olduğunu, insanların bir-birini sevməsini, əqidəsinə hörmətlə yanaşmağını buyurur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi